12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya Ukraynaya dənizdən hücuma hazırlaşır - Video
Tarix: 14-03-2022 10:23 | Bölmə: Slayd
Rusiya Ukraynaya dənizdən hücuma hazırlaşır

Rusiyanin hərbi-dəniz donanması Qara dəniz akvatoriyasında tam gəmi qruplaşması formalaşdırıb, döyüş hazırlığı vəziyyətinə gətirib və Ukrayna ərazisinə seriya zərbələr endirməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bildirib.

Məlumatda deyilir ki, Kiyevdən şimal və şərq istiqamətlərində də Ukrayna ordusu Rusiya təcavüzkarlarına qarşı müdafiə döyüşləri aparır. O cümlədən sahilboyu ərazilərin və dövlət sərhədlərinin qorunması həyata keçirilir.

Bildirilir ki, Rusiya ordusu əsasən Krivoy-Roq istiqamətində hücum cəhdlərini davam etdirir, eyni zamanda Nikolayev və Mariupol şəhərlərini tutmağa çalışır.



Baş qərargahın məlumatına görə, Rusiya bütün beynəlxalq humanitar normaları pozaraq Ukrayna ərazisindəki hərbi və mülki infrastrukturun məhvinə davam edir. Belə ki, martın 13-də Uman, İvano-Frankovsk, Stariçi yaşayış məntəqələrinə raket zərbələri endirilib. Belarus ərazisindən də Ukraynaya “İsgəndər” raketləri ilə zərbələrin endirilməsi davam edir.

Ukraynanın Hava Komandanlığı isə bildirir ki, hazırda Rusiya ordusunun işğalı altında olan Melitopol ətrafında Ukrayna artilleriyası düşmənin cəmləşmə məntəqəsinə zərbələr endirir. Nəticədə 200-ə yaxın texnika məhv edilib.

Daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Zaporojye vilayətinin Vasilyevka şəhəri yaxınlığında rusların bütün texnikası, 200-ə yaxın maşını - hansı ki, onları Melitopol ətrafında cəmləşdirmişdilər - artilleriya tərəfindən darmadağın edilib: “İşğalçıların qərargahı da vuruldu. Müvafiq videolar az sonra yayılacaq”.



Rusiya ordusu martın 1-dən mühasirədə saxladığı Mariupolda da ağır itkilər verir. Şəhərə bir neçə hücum cəhdi uğursuzluqla nəticələnib və ruslar canlı qüvvə, texnika itirərək geri çəkiliblər. Ukrayna radioelektron kəşfiyyatı Mariupol ətrafında mövqe tutan rusiyalı əsgərlərdən birinin Rusiyadakı yaxını ilə telefon danışığını yayıb. Həmin əsgər bildirir ki, onlar Mariupolu müdafiə edən “Azov” polku ilə bacara bilmirlər. Və şəhərə kiçik qruplar halında bir neçə dəfə hücum edilsə də ora girənlərdən geri qayıdanı olmayıb. “Bir gündə 700 nəfər itirmişik”, - həmin rus əsgəri deyir.(virtualaz.org)




Bölməyə aid digər xəbərlər