12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukrayna üçün həlledici həftələr başlayır - Rusiya yeni işğal planını reallaşdırmaq istəyir
Tarix: 14-03-2022 15:29 | Bölmə: Slayd
Ukrayna üçün həlledici həftələr başlayır - Rusiya yeni işğal planını reallaşdırmaq istəyir

“Növbəti 2-3 həftə Ukrayna üçün həlledici olacaq. Rusiya ordusu Ukrayna ilə bağlı yeni addımlar atacaq”.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Vadim Denisenko “Kanal 24”ün efirində deyib.

Rusiyanın Ukraynaya dair yaxın planlarını açıqlayan V. Denisenko bildirib ki, qarşıdakı 2-3 həftə ölkəsi üçün həlledicidir.

Nazirin müşaviri əlavə edib ki, işğalçılar Mariupolun alınması üçün əllərindən gələni edəcəklər: “Sonra isə Şərq qrupumuzu tutmaq üçün Ukraynanın həmin ərazisinə keçə bilərlər”.



Denisenkonun sözlərinə görə, əsas vəzifələri bu hərəkatı dayandırmaq, ruslara imkan verməmək və onlara uduzduqları yerdə sərt mübarizə aparmağa məcbur etməkdir.

Denisenko diqqətə çatdırıb ki, hazırda Ukraynaya beynəlxalq hava hücumundan müdafiə tərəfdaşlarından yardım alması çox vacibdir.

Xatırladaq ki, bir müddət əvvəl telefon danışığında işğalçılardan biri Mariupol tamamilə alınana qədər Ukraynada olacaqlarını bildirib.




Bölməyə aid digər xəbərlər