12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kəşfiyyat yenidən xəbərdar edir: Rusiya bioloji və kimyəvi silahlarla hücum edə bilər
Tarix: 15-03-2022 13:35 | Bölmə: Slayd
Kəşfiyyat yenidən xəbərdar edir: Rusiya bioloji və kimyəvi silahlarla hücum edə bilər

Rusiya “xarici bayraq” əməliyyatlarına əl atmaqla Ukraynaya qarşı kimyəvi və ya bioloji silahlardan istifadə etməyi planlaşdıra bilər.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Britaniya kəşfiyyatına istinadla verilən məlumata görə, belə bir əməliyyat saxta hücum, Ukrayna agentlərinin və ya kimyəvi döyüş sursatlarının “ifşası” formasında reallaşa bilər. İddia olunur ki, Ukraynanın guya bu cür silahlardan istifadə etməyi planlaşdırdığına dair saxta “sübutlar” da dərc etmək mümkündür.

Xatırladaq ki, daha əvvəl “The Guardian” mənbələrinə istinadla yazıb ki, Britaniya Rusiyanın Ukraynaya qarşı müharibədə kimyəvi silahdan istifadə etmək üçün bəhanə uydura biləcəyindən ehtiyatlanır.

Məlumatı Ağ Evin sözçüsü Cennifer Psaki də təsdiqləyib.

Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, rus işğalçıları Xarkov vilayətindəki ammonyak anbarlarını partlatmaq və buna görə Ukrayna ordusunu ittiham etmək istəyir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın “xarici bayraq” altında əməliyyat hazırladığını bəyan edib. Onun sözlərinə görə, Rusiya rəsmiləri “manik vəsvəsə” ilə Ukraynada mövcud olmayan kimyəvi silahlar haqqında fantaziyalar qururlar.

Prezident Vladimir Zelenski də saxta təbliğatları təkzib edərək, Ukraynada heç bir kimyəvi və ya hər hansı digər kütləvi qırğın silahının hazırlanmadığını vurğulayıb.

Britaniya Müdafiə Nazirliyi isə hesab edir ki, Rusiyanın belə bir potensial hücumu güclü dezinformasiya ilə müşayiət oluna bilər.

Kəşfiyyat həmçinin ehtimal edir ki, Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı işğalına haqq qazandırmaq üçün “xarici bayraq” altında əməliyyat keçirməyi planlaşdırıb.




Bölməyə aid digər xəbərlər