12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya kəşfiyyatı: “Hazırda Rusiyanın taleyi həll olunur, geri çəkilməyəcəyik”
Tarix: 16-03-2022 11:47 | Bölmə: Slayd
Rusiya kəşfiyyatı: “Hazırda Rusiyanın taleyi həll olunur, geri çəkilməyəcəyik”

“Hazırda Rusiyanın taleyi həll olunur”.

Reyting.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin deyib.

O bildirib ki, indi Rusiyanın dünyadakı yeri müəyyən olunur: "Hal-hazırda Rusiyanın taleyi həll olunur, ancaq Rusiya suverenliyinin təmin edilməsi məsələlərində heç vaxt geri çəkilməyəcək. Ölkəmiz indi həqiqətən tarixi anı yaşayır. Rusiyanın taleyi, onun dünyada gələcək yeri həll olunur. Ona görə, unutmaq olmaz ki, Rusiyanın inkişafının əsas amili, onun minillik tarixinin kökü olan müstəqil, azad və şüurlu şəkildə öz müqəddəratını təyin etmək hüququ olub. Suverenlik vətəndaşlarımızın rifahının və ləyaqətinin təminatıdır, bu, övladlarımızın gələcəyidir. Belə məsələlərdə Rusiya heç vaxt geri çəkilməyib və geri çəkilməyəcək, çünki əks halda o, Rusiya olmayacaq".




Bölməyə aid digər xəbərlər