00:49 / 15-06-2025
İlham Əliyev 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13:07 / 10-06-2025

16:32 / 10-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

14:35 / 10-06-2025

08:07 / 14-06-2025

Ukrayna üçün daha beş ssenari - Rusiyanın yeni planlarından biri işə salına bilər
Tarix: 18-03-2022 17:30 | Bölmə: Slayd

Ukraynada 23-cü gündür müharibə dava etsə də, paralel olaraq atəşkəslə bağlı danışıqlar da aparılır. Atəşkəs üçün “bitərəflilik modeli”nə işarə edən rəsmi Moskva bu məsələdə kompromis əldə oluna biləcəyini bəyan edib. Ekspertlər də razılaşırlar ki, Ukraynanın neytral dövlət statusu sülhə gedən yolda irəliləyiş ola bilər. Türkiyə də daxil olmaqla bir çox ölkə müharibəni dayandırmaq üçün səylərini gücləndirsə də, hələlik buna nail olmaq mümkünsüzdür.
Reyting.az Ukraynada bundan sonra nələrin baş verəcəyi ilə bağlı ən çox ehtimal olunan beş ssenarini təqdim edir:
Birinci ssenari - Sülh razılaşması
Britaniya kəşfiyyatının hesabatları göstərir ki, Rusiya ordusu demək olar ki, bütün cəbhələrdə dayanıb. Rusiyanın üzləşdiyi vəziyyətə, sanksiyalara və paytaxt Kiyevi nəzarətə götürmək planının baş tutmamasına diqqət çəkən bəzi ekspertlərin qənatincə, bu, Moskvanı atəşkəsə vadar edə bilər.
Bununla belə, danışıqların son dərəcə müsbət olduğunu vurğulayan təhlükəsizlik siyasəti üzrə ekspert Dr.Domitilla Saqramoso sülhdən danışmaq üçün hələ tez olduğunu düşünür. Putinin həll təşəbbüsləri ola biləcəyini ifadə edən Saqramoso, Rusiyanın Kiyevə nəzarət etmək kimi hərbi məqsədlərindən geri qaldığını da deyir.
Rusiya atəşkəs üçün “neytrallıq modeli”nə işarə edir. Moskvanın bu məsələdə kompromis əldə oluna biləcəyini bəyan etməsi Ukraynanın NATO üzvlüyündən imtina etməsi deməkdir.
Qeyd edək ki, Rusiya uzun müddətdir Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb. Əslində Moskva işğalı leqallaşdırmaq üçün bu amildən istifadə edir.
Plimut Universitetinin strateji tədqiqatlar üzrə dosenti Fotios Moustakisin fikrincə, Rusiyanın Ukraynanı tamamilə işğal etmək arzusu və ya gücü yoxdur. Onun sözlərinə görə, qərəzsizlik mövcud böhranı həll etmək üçün düsturdur.
Nyukasl Universitetinin beynəlxalq siyasət üzrə baş müəllimi Katarina Rayt hesab edir ki, neytral Ukrayna mövcud münaqişənin sülh yolu ilə həlli və Rusiya işğalına son qoymaq üçün açar ola bilər.
Bununla belə, Rayt bunun uzunmüddətli perspektivdə Ukraynanın təhlükəsizlik problemlərini həll etməyəcəyini və neytral Ukraynanın yenidən işğala məruz qalmamaq üçün NATO xaricində təhlükəsizlik əlaqələri axtarmalı ola biləcəyini vurğulayır.
İkinci ssenari - Vətəndaş müharibəsi?
Bütövlükdə ekspertlər neytrallığın sülhə gedən yolda irəliləyişin vacib hissəsi olması ilə razılaşırlar. Lakin Rusiya ordusunun ölkədən çıxarılması Ukraynada müharibənin bitməsi mənasını verməyə bilər. İngiltərənin “Kings Kollege” Müharibə Araşdırmaları Departamentindən Dr. Mayk Martin iddia edib ki, Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra ölkədə vətəndaş müharibəsinin başlaması mümkündür. Ölkədə çoxlu silahlı milislərin olduğunu vurğulayan Martinin qiymətləndirməsi belədir: “Hamını silahlandırdılar. Ətrafda çoxlu milislər və silahlar var, hətta ruslar separatçı bölgələrdəki milislərə pul ödəyir”.
Silahlı milislərin öz aralarında döyüşə başlamasının mümkün olduğunu vurğulayan Martin, Kiyevin bu ehtimala qarşı indidən tədbir görməli olduğunu bildirir.
Üçüncü ssenari - Hərbi bataqlıq
Bu o deməkdir ki, heç bir razılaşma olmur və Ukraynada müharibə davam edir. Ekspertlərin fikrincə, belə olan halda hər iki tərəfin hərbi itkiləri hədsiz dərəcədə artacaq. Şəhərlərin hədəfə alınması səbəbindən dinc əhali arasında itkilərin davam edəcəyi proqnozlaşdırılır.
Dördüncü ssenari - Rusiya qələbəsi
Bildirilir ki, Rusiya ordusunun irəliləməsi səngiyib. Bununla belə, bəzi ekspertlər bu qənaətdədirlər ki, hərbi üstünlüyə malik olan Rusiya yenə də qələbə qazana bilər. Rusiya ordusunun yaşadığı maddi-texniki problemlərə diqqət çəkən avropalı rəsmi Moskvanın hərbi qüdrətini qiymətləndirməmək lazım olduğunu düşünür. “Biz buna məhəl qoymamalıyıq”, - adının açıqlanmasını istəməyən məmur bildirib. O, əlavə edib ki, bütün bunlar Rusiya ordusunun üstünlüyünü dəyişmir.
Beşinci ssenari - NATO-ya hücum
Bu, ən az ehtimal olunan ssenari olsa da, şübhəsiz ki, ən qorxuludur. Ukrayna hazırda NATO üzvü olan və keçmiş Sovet İttifaqının təsir dairəsində olmuş dörd ölkə ilə həmsərhəddir. ABŞ ötən həftələrdə Rusiyanın Ukraynaya hərbi tədarükünü kəsmək üçün Belarus vasitəsilə NATO üzvü Polşanı hədəfə ala biləcəyini açıqlamışdı.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ və müttəfiqləri Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edir. Atlantika Şurasının İqtisadi Dövlət İdarəetmə Təşəbbüsünün direktoru Julia Friedlander deyib ki, keçmişdə heç vaxt sürətlə bu qədər güclü sanksiyalar imzalanmayıb.
Şübhəsiz ki, Qərbin bu addımı Rusiya iqtisadiyyatına ciddi zərbə vurub. Xarici ehtiyatları sanksiyalar çərçivəsində dondurulan Rusiya 300 milyard dollarlıq qənaətinə toxuna bilməz. Bir çox ekspertlər Rusiyanın təcridinin yaxın illərdə də davam edə biləcəyini vurğulayır.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:58
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb