12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukraynada öldürülən rus generalları... - Onlar hansı vəzifədə çalışıblar? - Fotolar
Tarix: 19-03-2022 17:36 | Bölmə: Slayd
Ukraynada öldürülən rus generalları... - Onlar hansı vəzifədə çalışıblar?

Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibənin 24-cü günü tamam olur. Bu müddətdə rus ordusu Ukraynada ciddi müqavimətlə üzləşib və böyük itki verməkdədir. İndiyə qədər Rusiya ordusu bəzi kiçik şəhərləri tutub, Ukraynanın Azov dənizinə çıxışını bağlasa da, ciddi itkilərdən sığortalana bilmir.

Reyting.az
bildirir ki, bu günə qədər Ukrayna ərazilərində ən azı beş rus generalı öldürülüb.

Öldürülən ən yüksək çinli hərbçi general-leytenant Andrey Mordviçdir. Mordviç Xeson yaxınlığındakı Çernobayevka aerodromunda məhv edilib. O, Cənub Hərbi Dariəsinin 8-ci Ümumqoşun Ordusunun komandanı olub.

Bundan başqa, general-mayor Andrey Suxovetski də Ukrayna ordusu tərəfindən məhv edilib. 41-ci Ordu Komandanının müavini olan A. Suxovetski martın 3-də öldürülüb.

General-mayor Vitali Gerasimov rus ordusunun yüksək hərbi elitasına daxil olmuş şəxslərdəndir. Ukraynada onun da həyatına son qoyulub. Ukrayna ordusu bir neçə gün əvvəl generalın öldürüldüyünü bildirib.

Gerasimov martın 7-də məhv edilib. O, Rusiya 41-ci Ordu Komandanının müavini və Baş Qərargah rəisi olub.

Daha bir məşhur rus generalı Andrey Kolesnikov da Ukrayna müharibəsində məhv edilib. Onun hansı şəraitdə öldürüldüyü məlum olmasa da, ehtimal edilir ki, rus hərbi karvanı pusquya salınarkən öldürülüb. A. Kolesnikov Şərq Hərbi Dairəsinin 29-cu Birləşmiş Silahlı Qüvvələrinin komandanı olub.

General-mayir Oleq Mitayevin də bəxti Ukrayna müharibəsində gətirməyib. Ukrayna Silahlı Qüvvələri O. Mitayevi məhv edib. General 150-ci motatıcı diviziyanı idarə edib və martın 15-də öldürülüb.





Bölməyə aid digər xəbərlər