12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putinin cənazə konvoyu: öldürülən rus əsgərlərinin cəsədi gecə saatlarında gizli daşınır
Tarix: 20-03-2022 10:51 | Bölmə: Slayd
Putinin cənazə konvoyu: öldürülən rus əsgərlərinin cəsədi gecə saatlarında gizli daşınır

Rusiyanın Ukraynada nə qədər əsgər itirdiyi sirr saxlanılır. Ukrayna tərəfi 14 mindən çox rus əsgərinin öldürüldüyünü iddia etsə də, ABŞ kəşfiyyatı bu rəqəmin təxminən 7 min olduğunu bildirir. Rusiya Müdafiə Nazirliyi isə 500-dən az əsgərinin həlak olduğunu açıqlayıb. Bununla belə, bölgədən gələn xəbərlər itkilərin daha çox olduğunu deməyə əsas verir.

Reyting.az
-ın məlumatına görə, Ukraynada həlak olan rus əsgərlərinin cəsədlərini - diqqəti cəlb etməmək üçün gecə saatlarında qatarlara yükləyərək Belarus üzərindən Rusiyaya daşıyırlar.

Qeyd edək ki, “Azadlıq Radiosu”nun Belarus xidməti Qomel vilayətindən daşınan cəsədlərin görüntüsünü də yayımlayıb.

Belarusun cənub-şərqindəki Qomel vilayətində çalışan bir tibb işçisi deyib ki, meyitxanalar Rusiya hərbçilərinin cəsədləri ilə doludur. Mazır şəhərinin sakinlərindən biri isə bildirib ki, şəhərdəki stansiyalarda sərnişinlər qatara yüklənmiş cəsədlərin sayından şoka düşüblər. Mazır sakininin sözlərinə görə, sərnişinlər mobil telefonlarla səsyazma və fotolar çəkərkən əsgərlər tərəfindən yaxalanaraq qeydləri silinib.



Mazırdakı xəstəxananın həkimi deyib ki, cərrah kifayət etmir.

Məlumata görə, əvvəllər meyitləri təcili tibbi yardım avtomobilləri ilə günün istənilən vaxtında daşıyaraq Rusiyaya gedən qatarlara yükləsələr də, indi bu işi yalnız gecə saatlarında görürlər. Məqsəd vətəndaşlar tərəfindən videoların çəkilərək internetə yerləşdirilməsinin qarşısını almaqdır.

Qomeldakı 4 saylı xəstəxananın işçiləri deyiblər ki, onlar martın 1-dən çox sayda yaralı rus əsgərini müalicə etmək üçün xəstəxanadakı xəstələri evə buraxmaq məcburiyyətində qalıblar.

“O qədər yaralı rus əsgəri var ki, adam dəhşətə gəlir. Onların iniltilərindən xəstəxanlarda qalmaq mümkün deyil”, - Qomel şəhərində yaşayan və xəstəxanada müalicə olunan bir xəstə bildirib.

Bölgədəki xəstəxana işçiləri adlarını çəkməmək şərti ilə deyiblər ki, martın 13-nə kimi Rusiyaya 2500-dən çox cəsəd göndərilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər