12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putin “B” planına keçir: Rusiya prezidenti Ukrayna ilə bağlı taktikanı dəyişir
Tarix: 21-03-2022 11:20 | Bölmə: Slayd
Putin “B” planına keçir: Rusiya prezidenti Ukrayna ilə bağlı taktikanı dəyişir

Rusiya prezidenti Vladimir Putin paytaxt Kiyevi ələ keçirə bilmədikdən sonra Ukrayna ilə müharibədə taktikanı dəyişmək məcburiyyətində qalıb. Məlumata görə, Putin “əsas ərazi məqsədlərini müdafiə etmək” strategiyasına keçir.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ-ın adlarının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmiləri “The Wall Street Journal”-a bildiriblər.

Məşrin həmsöhbətlərindən birinin sözlərinə görə, alınan məlumatları nəzərə aldıqda məlum olur ki, Ukrayna Silahlı Qüvvələrinin effektiv müdafiəsi Putini öz taktikasına düzəlişə sövq edib.

İndi Putin rəsmi Kiyevi Ukraynanın Cənub və Şərq əraziləri ilə bağlı Rusiyanın iddialarının qəbuluna məcbur etmək istəyir. Beləliklə, Rusiya 2014-cü ildə ölkənin Qərbi ilə işğal olunmuş Krım arasında “quru dəhlizi” yaratmaq, həmçinin Donbass üzərində nəzarəti genişləndirməyə çalışır.

Eyni zamanda, Putin hərbi təzyiqlərini, xüsusən də şəhərlərin atəşə tutulmasını davam etdirəcək. O, bu təzyiqlərlə Ukrayna prezidenti Zelenskini Qərblə ittifaqa qoşulmaqdan çəkilməyə, neytral status və Kremlin digər tələbləri ilə razılaşmağa məcbur edə biləcəyini düşünür.

ABŞ rəsmilərinin fikrincə, əgər Putinin tələbləri yerinə yetirilməzsə, o zaman, Rusiya işğal etdiyi əraziləri saxlamağa çalışacaq və eskalasiyanı davam etdirəcək.

“Bizim hərbi qiymətləndirmələrimizə əsasən, Putin blokada taktikasına qayıdır”, - başqa bir ABŞ rəsmisi deyib.

Onun sözlərinə görə, mühasirəyə alınmış şəhərlərdəki vətəndaşlar üçün bu, həftələr, bəlkə də aylarla Rusiya ordusunun raket və artilleriya hücumları altında qalmaq deməkdir.

Birləşmiş Ştatlar Putinin Ukrayna cəmiyyətinin indiki kimi müqaviməti ilə Kiyevi ələ keçirə biləcəyinə şübhə edir. Xüsusilə, kifayət qədər qoşun toplaya bilmədiyi təqdirdə.

Nəşr qeyd edir ki, Putinin strategiyasının şərhi xüsusi xidmət orqanlarının rəsmi qiymətləndirməsinin nəticəsi deyil, yalnız məxfi məlumatlara çıxışı olan bəzi məmurların baxış bucağıdır. Onlar bu strategiyanın mütləq işləyəcəyinə zəmanət vermirlər.

Dövlət Departamentinin keçmiş yüksək vəzifəli şəxsi Daniel Frid qeyd edib ki, Putinin Ukraynanı ələ keçirmək məqsədi dəyişməyib, yalnız taktikası dəyişib.

Reyting.az




Bölməyə aid digər xəbərlər