00:49 / 15-06-2025
İlham Əliyev 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13:07 / 10-06-2025

16:32 / 10-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

14:35 / 10-06-2025

08:07 / 14-06-2025

ABŞ, Çin və digər nüvə dövlətləri Putindən təminat almalıdır
Tarix: 21-03-2022 17:07 | Bölmə: Slayd

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Rusiya-Ukrayna müharibəsinin nəticəsi, Putinin resursları və Baydenin hərəkətləri ilə bağlı üç ssenari üzrə proqnozlarını açıqlayıb. Reyting.az xəbər verir ki, bu barədə ABŞ-ın ən təcrübəli diplomatlarından olan M. Makfolun “Washington Post” qəzetində dərc edilən təhlilində yazılıb.
Diplomat əmindir ki, Qərb və xüsusən də ABŞ-ın məqsədi Rusiya ordusunun məğlubiyyətini sürətləndirməkdir:
“Ukraynalılar sonda Putinin ordusunu məğlub edəcəklər. Ukrayna yenidən suveren və azad olacaq. Yalnız iki sual cavabsız qalıb: bu nə qədər vaxt aparacaq və Putinin əsgərləri Ukraynanı tərk edənə qədər neçə ukraynalı öləcək?”.
Dipolmat qeyd edib ki, Ukraynanın Rusiya təcavüzündən və işğalından azad edilməsinin üç ssenarisi bu dəhşətli müharibəni mümkün qədər tez bitirməyə kömək edəcək müvafiq Qərb strategiyalarını formalaşdırmalıdır:
“Təbii ki, Ukrayna və bütün dünya üçün ən yaxşı nəticə Rusiyanın tam məğlubiyyətidir. Belə bir ssenaridə Rusiya silahlı qüvvələri Ukraynanın böyük şəhərlərini, o cümlədən Kiyevi ələ keçirə bilmir və Rusiya daxilində sürətli iqtisadi tənəzzül onun məğlubiyyətini sürətləndirir. Bu nəticə ən çox arzu edilən, eyni zamanda ən az ehtimal olunandır.
İkincisi, ən mühüm nəticə münaqişənin sülh yolu ilə nizamlanması üçün əlverişli şərait yaradacaq cəbhələrdə dalana dirənməkdir. Həm Putin, həm də Ukrayna prezidenti Zelenski üçün bu nəticə ilə razılaşmaq çətin olacaq. Putin etiraf etməli olacaq ki, o, mənasız müharibə aparıb, minlərlə rus əsgərini və minlərlə günahsız ukraynalını qətlə yetirib, sadəcə, de-fakto əldə etdiyinə nail olmaq üçün - Krım və Donbassdakı bəzi ərazilərə nəzarət, həmçinin Ukraynanın faktiki neytrallığı. Axı bu, fevralın 23-də Rusiya prezidenti Putinin hücuma başlamasından bir gün əvvəl olan status-kvo idi. Belə bir ssenaridə əvvəllər səssiz və birmənalı şəkildə qəbul edilənlər indi sülh sazişində de-yure qeyd olunacaq. Zelenski də bu şərtlərlə, o cümlədən Ukraynanın neytrallığı ilə razılaşmalı olacaq ki, bu da onun üçün çətin olacaq”.
Dipolmat əlavə edib ki, müharibənin ən pis nəticəsi Ukraynanın iri şəhərlərinin işğalı, ardınca isə uzun sürən partizan müharibəsi ola bilər: “Snayperlər, kamikadzelər və minalanmış avtomobillər, eləcə də vətəndaş etirazları ilə. Rus əsgərləri vətənə qayıdana qədər ukraynalılar Putinin işğalına müqavimət göstərəcək. Şübhə etmirəm ki, bir gün ukraynalılar öz ölkələrini yenidən azad edəcəklər”.
M. Makfolun fikrincə, İkinci dünya müharibəsindən sonra Şərqi Avropada Sovet lideri İosif Stalindən fərqli olaraq Putinin bu gün kifayət qədər böyük ordusu, eləcə də yerli işbirlikçiləri və ya Ukraynanın işğalını uzun müddət saxlamağa kömək edəcək inandırıcı ideyası yoxdur. Lakin bu ssenarinin müddəti və insan itkiləri sovet işğalı zamanı Əfqanıstanda baş vermiş qırğını xatırladan dəhşətli ola bilər.
Diplomatın sözlərinə görə, hər üç ssenari göstərir ki, müharibəni dayandırmaq üçün Qərbin Ukraynaya hərbi yardımını dərhal artırmaq lazımdır: “Söhbət ilk növbədə Rusiya təyyarələrini və raketlərini tutmağa və ya artilleriya qurğularını məhv etməyə qadir olan silahlardan gedir. Çərşənbə günü Konqresdəki çıxışında Zelenski inandırıcı şəkildə bu vacib məqamı xatırladıb. Təcili olaraq daha çox qırıcıya, daha çox zenit-raket kompleksinə və uzaqmənzilli artilleriyaya qarşı daha çox vasitəyə ehtiyac var. Eyni zamanda, yuxarıda təsvir edilən üç finaldan birinə çatana qədər Qərb hər həftə Rusiyaya qarşı iqtisadi sanksiyaları sərtləşdirməlidir.
Aydındır ki, yeni silahlar ilk ssenarinin həyata keçirilməsinə kömək edə bilər, baxmayaraq ki, bu, çətindir. Amma ikinci ssenarini həyata keçirmək üçün cəbhədə dalana dirənmək lazımdır və bu, o zaman baş verə bilər ki, Ukrayna əsgərləri rus qoşunları ilə sona qədər vuruşsun. Və ukraynalıların döyüş meydanında gözlənilməz qələbələrinə baxmayaraq, hələ də belə dalana dirənməyib. Hazırda Putinin danışıqlara həvəsi yoxdur. Axı onun silahlı qüvvələri hələ də döyüşə hazırdır və Ukraynanın iri şəhərlərinə yaxınlaşmağa davam edə bilər.
Prezident Bayden və komandası ABŞ-ın müdaxiləsini nüvə müharibəsinə səbəb ola biləcək şəkildə artıra bilməz. Qarşılıqlı zəmanətli məhvetmə hələ də qüvvədədir. Bayden, Çinin dövlət başçısı və digər nüvə dövlətlərinin liderləri Putinlə birbaşa danışaraq ondan planeti məhv etmək niyyətində olmadığına dair qarantiya almalıdır. Amma NATO ölkələri bu ən pis və çox çətin ssenaridən istifadə etməməli, Ukraynaya hərbi yardım göstərməmək üçün bundan bəhanə kimi istifadə edilməməlidir. Əgər Rusiyanın eskalasiya riski nüvə müharibəsi miqyasına çatmazsa, o zaman Putinin Ukraynaya “MiQ-29” qırıcıları və ya “S-300” zenit-raket komplekslərinin tədarükünə cavab olaraq bütün təhdidləri sadəcə hava zərbələridir. Təyyarələrin və ya hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsi III dünya müharibəsinə səbəb olmayacaq. Rusiya ordusunun nisbətən kiçik Ukrayna ordusu ilə döyüşlərdə nə qədər pis çıxış etdiyini nəzərə alsaq, Putin eskalasiya edib dünyanın ən güclü hərbi gücü olan ABŞ-a əsaslanan ən güclü hərbi alyansa hücum edə bilərmi? Putin yəqin ki, qəzəblidir və balanssızdır, amma o, intihar etmir. Cəbhə xəttinə yaxın olan NATO ölkələri üçün təhdidlər yalnız Putinin Ukraynada qələbə qazanacağı təqdirdə ciddiləşə bilər”.
M. Makfolun əmindir ki, diplomatik cəbhədə Bayden və ABŞ-ın müttəfiqləri Putinə rus qoşunlarının tamamilə çıxarılması müqabilində iqtisadi sanksiyaları tədricən ləğv etməyə hazır olduqlarını çatdırmalıdırlar: “Putinin bütün həmsöhbətləri bunu açıq şəkildə bildirməlidirlər. Əgər Putin və Zelenski konstruktiv danışıqlara hazır olduqlarını nümayiş etdirsələr, NATO liderləri danışıqlarda vasitəçilik etmək üçün Si Cinpinq, İsrailin baş naziri Naftali Bennett və ya BMT-nin Baş katibi Antonio Quterreşlə razılaşmalıdırlar.
Bayden uçuşa qadağa zonası çağırışlarını rədd edərkən haqlı idi, çünki bu, əslində Rusiyaya müharibə elan etmək idi. Lakin Bayden və tərəfdaşları bu dəhşətli müharibənin dayandırılması üçün hər şeyi etməlidirlər”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:58
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb