12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Şok iddia: Putinin həyatına təhlükə yaranıb - Onu kimlər əvəz edə bilər?
Tarix: 21-03-2022 18:49 | Bölmə: Slayd
Şok iddia: Putinin həyatına təhlükə yaranıb - Onu kimlər əvəz edə bilər?

Ukrayna kəşfiyyatı Rusiya elitasının prezident Putini zəhərləyərək aradan götürməyi planlaşdırdığını iddia edib. İngiltərə mətbuatı isə belə bir vəziyyət yaranacağı təqdirdə Putini əvəz edə biləcək 4 nəfərin adını açıqlayıb.

Reyting.az
xəbər verir ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya elitası Vladimir Putini zəhərləməyə və onun yerinə Qərblə kommersiya əlaqələrini bərpa edəcək bir varis axtarışına başlayıb.

Britaniyanın “Daily Mail” qəzetinin iddiasına görə, Putinin yerinə seçilən şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov ola bilər.

Ukrayna Kəşfiyyat Baş İdarəsi bildirir ki, Bortnikov və Rusiya elitasının bəzi digər nüfuzlu nümayəndələri Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif variantları nəzərdən keçirirlər. Bu variantlar arasında zəhərlənmə, “qəfil xəstəlik” və ya digərlərinin də istifadəsi mümkün hesab edilir.

İddiaya görə, Bortnikov Ukrayna müharibəsinin ilk üç həftəsindəki hərbi itkilərdən sonra Putinin gözündən düşüb.

Beləliklə, mümkün hakimiyyət dəyişikliyində Putini kim əvəz edə bilər?

Böyük Britaniya mətbuatı 4 nəfərin adını hallandırır:

Əgər şərait Putini istefaya məcbur edərsə, onun yerinə ən güclü namizəd Mixail Mişustindir. Rusiyanın Baş naziri postunu tutan Mişustin siyasi iyerarxiyada Putindən sonra ikinci yerdədir.

Namizədlər arasında Moskvanın hazırkı meri Sergey Sobyaninin də adı hallanır.

Adı hallanan digər şəxs müdafiə naziri Sergey Şoyqudur ki, o, hazırda Ukraynaya müdaxiləni koordinasiya edir.

2008-ci ildən Rusiya Təhlükəsizlik Şurasının rəhbəri olan Nikolay Patruşev Britaniya mətbuatında Rusiya prezidenti postuna adı hallanan 4-cü namizəddir. Rusiya dövlətinin digər mühüm qolu olan Federal Təhlükəsizlik Xidmətinə rəhbərlik edən Patruşev bürokratiyada çox güclü bir fiqur kimi tanınır.




Bölməyə aid digər xəbərlər