12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Zelenskini və daha iki nəfəri öldürmək istəyən şəxs Ukrayna kəşfiyyatının əlinə keçib
Tarix: 22-03-2022 12:24 | Bölmə: Slayd
Zelenskini və daha iki nəfəri öldürmək istəyən şəxs Ukrayna kəşfiyyatının əlinə keçib

Rusiya kəşfiyyatının Ukrayna prezidenti Volodimir Zelenskiyə sui-qəsd qrupu hazırlamaq üçün rəhbər təyin etdiyi şəxs tutulub. Bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb. Bildirilir ki, Zelenskiyə üç uğursuz sui-qəsd cəhdindən sonra Rusiya prezidenti Putin Ukraynanın dövlət başçısı da daxil olmaqla üç nəfərin qətli ilə bağlı “Vaqner” qrupuna şəxsən göstəriş verib.

Reyting.az
xatırladır ki, Rusiyanın Ukraynaya hücumlarına patalel olaraq prezident V. Zelenski şəxsən Rusiyanın hədəfinə çevrilib.

Ukrayna mətbuatının xəbərinə görə, Rusiya kəşfiyyatı Kiyevdəki Prezident Aparatında Rusiyaya qarşı müqavimətə rəhbərlik edən Zelenskiyə sui-qəsd təşkil etmək üçün hələ xeyli əvvəldən hərəkətə keçib.

Ukraynalı jurnalist Vitali Qlaqolanın məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sui-qəsd və kəşfiyyat qrupunun üzvü Ujqorod şəhərində Ukrayna kəşfiyyatı tərəfindən nəzarətə götürülüb.

Ukrayna kəşfiyyatının yaxaladığı şəxsin mənzilində aparılan axtarış zamanı çoxsaylı sui-qəsd silahı, o cümlədən snayper nişangahları və səsboğucusu olan uzun lüləli tüfəng, səsboğucu “Kalaşnikov” və xeyli sayda silah səsboğucuları, qumbara və müxtəlif diametrli mərmi və döyüş sursatları ələ keçirilib.

Ələ keçirilən şəxsin birinci məqsədinin Ukrayna prezidenti Zelenskiyə sui-qəsd təşkil etmək, ikinci məqsədinin isə Kiyevdə bəzi mühüm ictimai ərazilərə hücum etmək üçün 25 nəfərlik komanda yaratmaq olub.



Putinin qətllərinə göstəriş verdiyi şəxslər arasında prezident Zelenski ilə yanaşı baş nazir Denis Şmıxal və Baş Qərargah rəisi Andrey Yermak da var.

Xatırladaq ki, təxminən 6000 üzvü olan “Vaqner” qrupu “Putinin şəxsi ordusu” kimi tanınır və daha əvvəl Suriya, Sudan və Liviyadakı münaqişələrdə iştirak edib. Qrupun Rusiya prezidenti Putinə yaxınlığı ilə tanınan məşhur rusiyalı milyarder Yevgeni Prijoqin tərəfindən maliyyələşdirildiyi iddia olunur.

Onu da qeyd edək ki, Amerika rəsmiləri son vaxtlar “Vaqner”in müharibədə iştirakının əlamətlərini gördüklərini, separatçı Luqansk və Donetsk bölgələrində muzdluların döyüşdüyünü bildiriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər