00:49 / 15-06-2025
İlham Əliyev 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13:07 / 10-06-2025

16:32 / 10-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

14:35 / 10-06-2025

08:07 / 14-06-2025

Putin təcrid olunub, komanda üzvləri prezidentlə görüşə bilmir
Tarix: 24-03-2022 13:49 | Bölmə: Slayd

Rusiya prezidenti Vladimir Putinin mühafizəsi əvvəlki vaxtlarla müqayisədə indi daha da gücləndirilib.
Reyting.az Rusiyanın Ukraynanı işğalı fonunda prezident V. Putinin fövqəladə mühafizəsinə dair son məlumatları təqdim edir:
Putinin həyatında planlaşdırılmamış heç nə baş vermir. Rusiya prezidentinin atdığı hər addım 24 saat onu müşayiət edən mühafizəçilər tərəfindən daha ciddi şəkildə izlənilir. Onun yeməkləri çox diqqətlə hazırlanır, içdiyi hər şeyə məsləhətçiləri nəzarət edir. Keçmiş Sovet “KQB”-sinin kəşfiyyatçısı olan Putin, xüsusən də müharibə zamanı onun ətrafında ola biləcək təhlükələrdən çox xəbərdardır. Ukrayna ilə müharibə isə Putin üçün təhlükələri artırıb.

Bəs Rusiya prezidentinin müdafiəsinə kim cavabdehdir? Təhlükəsizlik üçün hansı tədbirlər görülür?
Rusiyada bir çox təhlükəsizlik xidmətləri var və onlardan birinin də vəzifəsi dövlət başçısını və ailəsini qorumaqdır.
Prezidentin Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidmətinə tabedir. Bu xidmət prezident və ailəsi ilə yanaşı baş nazir Mixail Mişustin kimi digər yüksək vəzifəli məmurların mühafizəsinə cavabdehdir.
Bu xidmətin mühafizəçiləri qara kostyumda, qulaqcıq taxaraq gecə-gündüz prezidenti izləyirlər.
Rusiya hökumət mediasının məlumatına görə, bu mühafizəçilər xaricə səfərləri zamanı cangüdənlik vəzifəsini öz üzərlərinə götürdükləri zaman dörd halqada təşkil olunurlar. Birinci halqada ən yaxın şəxsi mühafizəçilər yer alır. İkinci halqada isə gözə dəymədən xalqa qarışan mühafizəçilərdir. Üçüncülər izdihamı mühasirəyə alır və şübhəlilərin içəri girməsinə mane olurlar. Dördüncü və sonuncu qrup yaxınlıqdakı binalarda yerləşdirilən snayperçilərdən ibarətdir.

Rusiyanın təhlükəsizliyi ilə məşğul olan “Mayak Intelligence Konsaltinq” şirkətinin direktoru Mark Qaleotti bildirib ki, Putin vertolyotları sevmir, o, çoxlu böyük qara avtomobillər, “Pikap”lar və buna bənzər nəhəng bir karvanda səyahət edir, tez-tez motosikletçilər tərəfindən müşayiət olunur. Bu zaman konvoy keçərkən hava məkanında ola biləcək bütün pilotsuz uçuş aparatları bloklanır və nəqliyyatın hərəkəti dayandırılır.
Prezidentin Təhlükəsizlik Xidmətinə altı il əvvəl Putin tərəfindən yaradılan və bir növ prezidentin “şəxsi ordusu” kimi təqdim edilən Rusiya Milli Qvardiyası və ya Rosqvardiya dəstək verir. Müstəqil olan Rosqvardiyanın vəzifəsi sərhədləri qorumaq, terrorla mübarizə və asayişin təhlükəsizliyi olsa da, əslində ən mühüm vəzifələrindən biri də Putinin mühafizəsidir.
Putinin keçmiş mühafizəçilərindən olan, hələ də Milli Qvardiyaya rəhbərlik edən Viktor Zolotovun nəzarət etdiyi təhlükəsizlik qüvvələrindəki əsgərlərin sayı 400 minə yaxındır.
“Bu, çox böyük rəqəmdir. ABŞ kimi ölkələrin prezidentlərinin təhlükəsizliyinə cavabdeh olan işçilərin sayı bu rəqəmə belə yaxınlaşmır”, - Bat Universitetinin təhlükəsizlik üzrə mütəxəssisi Hall deyib.
Putini qorumaq üçün görülən tədbirlərin tam öyrənmək çətin olsa da, Kreml və Rusiya təhlükəsizlik ekspertlərinin özləri bu məsələ ilə bağlı müəyyən ipucu verirlər. Diqqətçəkən məsələlərdən biri də qida ilə bağlıdır.
M. Qaleottinin sözlərinə görə, zəhərlənməkdən qorxan Putinin yediyi hər bir qidada dadan xüsusi dequstator var.
Qaleotti Putini nəzərdə tutaraq deyir: “O, müasir dövlət başçısından daha çox orta əsr hökmdarına bənzəyir”.
Yeyib-içdiyi hər şey, hətta Rusiya prezidentinin xaricə səfərləri zamanı da komandasının nəzarətindədir.
Qaleotti bildirib ki, hansısa tədbirdə istehlak olunacaq bütün yemək və içkilər mühafizəçilər tərəfindən əvvəlcədən alınır. Məsələn, şampan qədəhi rəsmi şam yeməyində qaldırılacaqsa, Putinin stəkanı onun komandasının gətirdiyi şüşədən doldurulur.
Rusiyalı ekspert Stiven Xoll bildirir ki, Putinin xüsusi mühafizəçiləri yeməyin necə bişirilməsini də şəxsən izləyirlər.
Görülən digər tədbir isə “Smartfon” telefonların Kremlə buraxılmamasıdır. Putinin özü isə “Smartfon”dan istifadə etmədiyini bildirib.
Kremlin sözçüsü Dmitri Peskov dəfələrlə deyib ki, Putin “çox vaxtı olmadığı üçün” mobil telefondan istifadə etmir. Lakin Putinin bu texnologiyadan istifadə etməməsinin səbəblərindən biri də onun internetə etibar etməməsidir.
Hazırda V. Putinlə birbaşa görüşə biləcək insanların sayı da məhduddur. Görüşə gələn azsaylı xarici liderlər də aralarında müəyyən məsafə saxlamağa diqqət yetirirlər. Uzun masanın hər iki ucunda oturan Fransa prezidenti Emanuel Makronla çəkdirdikləri foto hələ də yaddaşlardadır.

Putinin səhhəti də milli təhlükəsizlik məsələsidir. ABŞ-ın keçmiş prezidenti Barak Obamanın baş məsləhətçilərindən biri olan general Ceyms Klapper BBC radiosunda bildirib ki, Putin heç kimə etibar etmir. Ekspertlər əmindirlər ki, Putin hamıdan təcrid olunmuş vəziyyətdə yaşayır, ətrafındakı insanların sayı çox azdır. Həmçinin qeyd olunur ki, Putin artıq ölkə daxilində də səyahət etmir və nadir hallarda tədbirlərə qatılır. Mühafizəçilər Putinin şəxsi təmasda olduğu azsaylı insanlar arasındadır.
Bəzi kəşfiyyat ekspertləri deyirlər ki, Putinin ətrafındakı həddindən artıq təhlükəsizlik tədbirlərini qismən “paranoya” ilə izah etmək olar. Bəzilərinin fikrincə, Putin “KQB”-dəki təcrübəsinə əsaslanaraq, öz təhlükəsizliyinin nə qədər vacib olduğunu bilir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:58
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb