12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kəşfiyyat hesabatı açıqlanıb: Rusiya ordusunun beşdə birini itirib
Tarix: 24-03-2022 14:09 | Bölmə: Slayd
Kəşfiyyat hesabatı açıqlanıb: Rusiya ordusunun beşdə birini itirib

Fevralın 24-dən davam edən Rusiya-Ukrayna müharibəsi həm Ukraynanın gözlənilməz müqaviməti, həm də Qərb ölkələrinin sanksiya qərarı Rusiya qüvvələrinin işğal sürətini azaldıb. NATO Liderlər Zirvəsi öncəsi bu gün dərc edilən kəşfiyyat hesabatı isə Rusiya ordusunun vəziyyətinin gözlənildiyindən də pis olduğunu göstərir.

Reyting.az
xəbər verir ki, NATO-ya üzv ölkə liderlərinin görüşü öncəsi rus ordusuna dair kəşfiyyat hesabatı təsadüfi sayılmır.

Böyük Britaniya Müdafiə Nazirliyi hesabat hazırlayıb, bir aydır davam edən Rusiya-Ukrayna müharibəsini təhlil edib və hərb meydanından gələn məlumatları paylaşıb.

ABŞ prezidenti Bayden, Fransa prezidenti Makron, Türkiyə prezidenti Ərdoğan və İngiltərənin baş naziri Boris Conson kimi şəxslərin qatılacağı NATO zirvəsi öncəsi dərc edilən kəşfiyyat hesabatında bildirilir ki, Rusiya ordusu bir ay ərzində böyük itkilər verib.

Hesabatda qeyd olunur ki, Rusiya hərbi baxımdan böyük itki ilə üzləşdiyindən bölgəyə ehtiyatda olanlarla yanaşı muzdlular da göndərilə bilər. NATO-nun yüksək rütbəli rəsmisi deyib ki, müharibə başlayandan bəri Rusiya hərbi gücünün beşdə birini itirib.

Rusiyanın minlərlə əsgər itirdiyi deyilən hesabatda qeyd olunur ki, bu itkiləri kompensasiya etmək üçün bölgəyə özəl hərbi şirkətlərin və muzdluların cəlb olunması mümkündür. Bu qüvvələrin Rusiya ordusu ilə necə inteqrasiya edəcəyi hələlik məlum deyil.

İngiltərənin hazırladığı hesabatda Ukrayna əsgərlərinin Kiyevin Şimal-Şərqində rus əsgərlərinə qarşı təzyiqləri artırdığı, rus əsgərlərinin həm təchizat qıtlığı ilə üzləşdiyi, həm də əhval-ruhiyyənin aşağı olduğu bildirilir.

Hesabata görə, Ukrayna qoşunları Kiyevin kənarındakı Makariv və Moşçun şəhərlərini “ola bilsin” ələ keçirib.

Digər tərəfdən, İngiltərənin “The Times” qəzetindəki xəbərdə yüksək səviyyəli bir NATO rəsmisi iddia edib ki, Rusiya 7-15 min arası əsgər itirib, təxminən 40 min əsgəri yaralanıb, itkin və ya əsir düşüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər