12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Baydendən rəsmi Moskva ilə Pekinə xəbərdarlıq: "Rusiya kimyəvi silahlardan istifadə etsə..."
Tarix: 25-03-2022 00:34 | Bölmə: Slayd
Baydendən rəsmi Moskva ilə Pekinə xəbərdarlıq: "Rusiya kimyəvi silahlardan istifadə etsə..."

"Kimyəvi silahlardan istifadə olunarsa, lazımi cavablar verilir. Bizim cavabımız hücumdan asılıdır".

Reyting.az 
xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden NATO ölkələrinin sammitindən sonra keçirilən brifinqdə deyib.

O bildirib ki, əgər Rusiya Ukraynada kimyəvi silahlardan istifadə etsə, ABŞ bunu cavabsız qoymayacaq: "İndi Ukraynada ərzaq qıtlığı təhlükəsi var. Biz bunun da həlli üçün çalışırıq".

Bayden deyib ki, Rusiyaya qarşı sanksiyalar ilboyu davam etməlidir: "Yalnız bu şəkildə Putin dayana bilər. Dünya bu insanın nə qədər kobud olduğuna diqqət yetirir. Əgər siz Putinsinizsə və Avropanın dağılacağını düşünürsünüzsə, bu müharibə daha bir ay çəkə bilər, biz qətiyyət nümayiş etdirməliyik".

Prezident rəsmi Pekinə də xəbərdarlıq edib: "Çin prezidenti Si Cinpini Rusiyanın dəstəkləyəcəyi halda yarana biləcək problemlər barədə məlumatlandırmışam".




Bölməyə aid digər xəbərlər