12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qarabağda PUA-lardan istifadə etməklə silahlı toqquşma baş verib?
Tarix: 25-03-2022 11:32 | Bölmə: Slayd
Qarabağda PUA-lardan istifadə etməklə silahlı toqquşma baş verib?

Ermənistan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verdiyini və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə məlumat yayıb. Reyting.az-ın xəbərinə görə, Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan tərəfinin yaydığı bu məlumatlar təxribat xarakterli və həqiqəti əks etdirmir.

Nazirlik bildirir ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir və əməliyyat şəraiti tam nəzarətdədir.




Bölməyə aid digər xəbərlər