Zəngəzur yolu nəzarətə götürülüb
Tarix: 08-08-2022 12:49 | Bölmə: Siyasət
Zəngəzur yolu nəzarətə götürülüb

Mehri-Aqarak yolunu Rusiya sülhməramlıları qoruyur.

Reyting.az
xəbər verir ki, bu barədə "Yerevan.Today" portalı məlumat yayıb.

Portalın məlumatına əsasən, rusiyalı sülhməramlılar bütün vətəndaşları saxlayır, yoxlama aparır və yalnız bundan sonra onları buraxırlar.

“Ermənistan hakimiyyəti bu barədə vətəndaşlara əvvəlcədən məlumat verməyib və hələ də heç bir izahat yoxdur.

Bu, artıq Sünik bölgəsində Kapan-Çakaten və Qoris-Kapan yollarındakı maneələrlə yanaşı, üçüncü maneədir. Fərq ondadır ki, ilk iki yola azərbaycanlılar nəzarət edir.

İş bununla da bitmir. Ermənistan hökuməti Noyemberyan şossesi yaxınlığında dolama yol çəkir, çünki məlumatlara görə, bu yol delimitasiya-demarkasiya adlı “anklavların təslim edilməsi” proqramı çərçivəsində azərbaycanlılara veriləcək”, - deyə portal yazır.

Xatırladaq ki, 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək nəqıliyyat dəhlizlərinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd qoşunları nəzarət etməli idi.(Yenisabah.az)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}