12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ və İran qüvvələri arasında atışma olub, ölənlər var
Tarix: 25-08-2022 10:37 | Bölmə: Slayd
ABŞ və İran qüvvələri arasında atışma olub, ölənlər var

Ötən gün ABŞ-ın Suriyaya hava hücumundan sonra bölgədə hərbi fəallıq artıb. ABŞ ordusu İranın dəstəklədiyi qrupların Suriyanın şimal-şərqindəki bazalarına iki ayrı hücum təşkil edib. Toqquşmada iranlı yaraqlıların öldürüldüyü, ABŞ əsgərlərinin isə yaralandığı bildirilir.

Reyting.az
xəbər verir ki, Türkiyənin Suriyada mümkün əməliyyatı bölgədə müzakirələrə səbəb olsa da, ötən gün ABŞ-ın Suriyaya hava hücumundan sonra gərginlik yenidən artıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən axşam saatlarında İranın dəstəklədiyi qrupların Suriyanın şimal-şərqindəki bazalarına hücum etdiyini təsdiqləyib.

CENTCOM-un yazılı açıqlamasında qeyd olunur ki, ABŞ-ın Suriyadakı iki bazasına raket hücumlarına cavab verilib, hücumlarda istifadə edilən 3 avtomobil və çoxlu sayda sursat məhv edilib.

Araşdırmalar nəticəsində hücumda İranın dəstəklədiyi 2 və ya 3 yaraqlının öldürüldüyü, daha sonra isə “Yaşıl kənd” adlı bazaya raketlərin düşdüyü qənaətinə gəlinib. Deyr əz-Zordakı Ömər neft yatağına zərbələr dəyib, oradakı ABŞ əsgərləri yüngül yaralanıb.

“ABŞ İranla münaqişəyə can atmır, lakin biz xalqımızı qorumaq və müdafiə etmək üçün lazımi addımları atmağa davam edəcəyik”, - CENTCOM-un açıqlamasında deyilir.

CENTCOM komandanı general Erik Kurilla vəziyyəti yaxından izlədiklərini bildirib:

“Bizim regionda təhlükələri yumşaltmaq üçün hər cür imkanımız var. Biz ABŞ və koalisiya qoşunlarını hücumlardan qoruyacağımıza əminik”.

Neft yatağı daxilində yaşayış məntəqələri kimi tanınan “Yaşıl kənd”də silah anbarları ilə yanaşı koalisiya qüvvələrinin yerləşdiyi iqamətgahlar da var. Koalisiya qüvvələri avqustun 16-da bazada yerləşdirilən qüvvələrinə raket hücumuna cəhd edildiyini bildirərkən, CENTCOM avqustun 23-də verdiyi açıqlamada hücuma cavab olaraq Suriyada İranın dəstəklədiyi qruplara qarşı hava hücumu həyata keçirildiyini açıqlayıb.

ABŞ ordusundan verilən açıqlamada Deyr əz-Zorda İran İnqilab Keşikçiləri ilə əlaqəli hədəflərə hücum edildiyi bildirilir. İran Xarici İşlər Nazirliyinin sözçüsü N. Kenani isə ABŞ-ın vurduğu hədəflərin İranla bağlı olmadığını iddia edib.

Onu da diqqətə çatdıraq ki, həm ABŞ, həm də İran Türkiyənin Suriyanın şimalındakı yeni əməliyyatına qarşı çıxır.

Reyting.az




Bölməyə aid digər xəbərlər