12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukraynaya 12 santımetrlik döyüş helikopterləri göndərilir - Foto
Tarix: 25-08-2022 12:19 | Bölmə: Slayd
Ukraynaya 12 santımetrlik döyüş helikopterləri göndərilir

Rusiya-Ukrayna müharibəsində döyüş meydanına ən müasir mikro pilotsuz aviasiya texnologiyaları da çıxacaq.

Reyting.az
-ın xəbərinə görə, Norveç və Böyük Britaniya Ukraynaya Rusiyanın mövqelərini daha aydın görməyə və hədəfi dəqiq vurmağa imkan verəcək “Qara Hornet” mikro pilotsuz uçuş aparatının (PUA) tədarükünə başlayır.

Cəmi 12 santımetr diametrli helikopter üslubunda istehsal edilən mikro PUA elmi-fantastik filmlərin səhnələrinə bənzəmir. Hərbi texnikanın çəkisi cəmi 30 qram olsa da, 2 kilometr məsafədə təxminən 30 dəqiqə havada qalır və düşmən haqqında həyati vacib kəşfiyyat məlumatları toplayır.

Səssiz və gecəgörmə kameraları ilə qlobal yerləşdirmə (GPS) sistemi ilə təchiz edilən kiçik dron düşmən mövqelərini aşkarlayıb, sonra onları ağır silahlarla məhv edəcək. Bu son model mikro hava nəqliyyat vasitələrindən 9,2 milyon dollar dəyərində olanının Ukraynaya göndərilməsi planlaşdırılır.

Hərbi aviasiyada texnoloji möcüzə sayılan miniatür "Qara Hornet" 2013-cü ildən baş ofisi Norveçdə yerləşən “Prox Dynamics” şirkəti tərəfindən istehsal olunur. Adi gözlə görülməsi çətin olan bu mikro helikopterlərdən ABŞ, Fransa, Almaniya, Avstriya, Almaniya, Norveç və Türkiyə silahlı qüvvələrində yaxın təmasda kəşfiyyat vasitəsi kimi istifadə edilir.



Ukraynadakı hərbi ekspertlərin fikrincə, tezliklə cəbhə xəttində işə salınacaq miniatür “Qara Hornet” PUA-larından rusların istifadə etdiyi ağır silahların bir santimetrə qədər mövqeyini aşkarlamaq üçün istifadə olunacaq. Daha sonra onların ABŞ və Fransanın verdiyi GPS sistemi ilə 155 millimetrlik “Haubitsa” topları ilə nöqtəli atəşlə məhv ediləcəyi bildirilir.

Xatırladaq ki, ötən gün Ukrayna öz müstəqilliyinin 31-ci ildönümünü qeyd edərkən Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi əməliyyatların gedişi ilə bağlı açıqlama verib. Ümumilikdə Ukraynanın şərqində və cənubundakı cəbhələrdə son bir aydır saxlanılan status-kvonu qiymətləndirən Şoyqu deyib:

“Ordumuzun Ukraynada həyata keçirdiyi hərbi əməliyyatın dayandığına dair yanlış təəssürat yarana bilər. Biz hələ də cəbhə xəttində olan mülki şəxslərlə əməliyyatlar planlaşdırırıq. Biz mülki insanların itkisini minimuma endirməyə diqqət yetiririk”.

Müharibənin altıncı ayı başa çatdıqdan sonra Berlin və Vaşinqtondan Kiyevə yeni hərbi yardım elan edilib. Almaniya hökuməti gələn il üçün Ukraynaya 500 milyon avro dəyərində silah göndərmək qərarına gəlib. Bununla belə, yardım Bundestaqın Büdcə Komitəsi tərəfindən təsdiqlənməlidir.

Almaniya kansleri Olaf Şolz Ukraynaya daha geniş silah tədarükünün həyata keçiriləcəyini açıqlayıb. Şolzun Kanadaya səfəri zamanı hökumət sözçüsü iddiaları təsdiqləyib. Müvafiq olaraq, Almaniya Ukraynaya daha 3 “İris-T” raket sistemi və onlarla zirehli bərpa maşını tədarük edəcək. Bundan əlavə, 20 raket-buraxılış qurğusu, döyüş sursatları və PUA-lardan müdafiə vasitələri göndəriləcək. Digər tərəfdən, Bayden administrasiyası Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər