00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13:07 / 10-06-2025

16:32 / 10-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

08:07 / 14-06-2025

21:06 / 11-06-2025

14:35 / 10-06-2025

İranın “ipli kukla”sı: Zöhrəvəndin “avqust sayıqlamaları”na sözardı
Tarix: 26-08-2022 15:01 | Bölmə: Slayd

İranla Ermənistan arasında münasibətlər günü-gündən inkişaf edir. Bu artıq heç kəsə sirr deyil. Maraqlısı isə budur ki, İranın molla rejimi Ermənistanla münasibətləri inkişaf etdirdikcə, paralel olaraq Azərbaycana yönəlik siyasətini daha da aqressivləşdirir.
Ermənilərə “qardaş” deyib bağrına basan İran hakimiyyəti Azərbaycanı açıq şəkildə hədələməkdən çəkinmir. Fars rejimi bu cür əməllərini əvvəllər gizli edirdisə, indi açıq-aşkar davam etdirir. Türkiyənin “Yeni şəfəq” qəzetinə müsahibə verən Əbülfəz Zöhrəvəndin fikirləri də bunun növbəti təsdiqidir.
Zöhrəvənd deyir ki, "Azərbaycan deyə bir yer yoxdur. Onlar İran azəriləridir. Onlar bu ərazini tərk edib getməlidirlər. Azərbaycan yenidən İrana birləşdirilməlidir!".
O, həddini daha da aşaraq “Azərbaycan İran üçün qorxunc fenomen və potensial təhdidddir”, “Naxçıvan və bütövlükdə Azərbaycan İrana ilhaq edilməlidir”,- kimi fikirlər də söyləyib.
Ə. Zöhrəvənd kimdir?

Ə. Zöhrəvənd İranın nüvə danışıqları heyətinin keçmiş üzvüdür, Əfqanıstan və İtaliyada səfir vəzifəsində çalışıb. Hazırda isə bu şəxs daha çox İran xüsusi xidmət orqanlarına, daha dəqiqi, SEPAH-a çalışan ekspert kimi tanınır.
Zöhrəvənd ona təqdim edilən konkret tezislər üzrə danışan ipli kukladan başqa bir şey deyil. Onun səsləndirdiyi fikirləri isə birbaşa İranın molla rejiminin mövqeyi kimi qiymətləndirmək olar. İran bununla bir daha Azərbaycana qarşı siyasətinin mahiyyətini çılpaqlığı ilə elan etmiş oldu.
Molla rejiminin şizofrenik paranoyası!
Reallıq ondan ibarətdir ki, molla rejimi bizim təxmin etdiyimizdən də çox narahatdır. Rəsmi Tehranın mövcud narahatlığını iki reallıq fonunda izah etmək olar:
Birincisi, tarixi reallıqdır. Ə. Zöhrəvənd deyir ki, "Azərbaycan yenidən İrana birləşdirilməlidir!". Əslində onun bu ifadəsinin “pərdə arxasında” İranın Cənubi Azərbaycan qorxusu yatmaqdadır. Rəsmi Tehran dərk edir ki, Seyid Cəfər Pişəvəri, Məhəmməd Xiyabani, Səttarxan, Bağırxan hərəkatları İranın gələcəkdə parçalanmasının tarixi bazasıdır.
18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi regionda hər kəsdən çox İranı təşvişə salıb. İranın narahatlığına səbəb heç də şimal sərhədlərində yeni bir ölkə yaranması deyildi, bu ölkənin adının Azərbaycan olması idi. Rəsmi Tehran yaxşı bilir ki, gec-tez şimalda olduğu kimi, cənubda da bir Azərbaycan yaranacaq və qısa müddət sonra cənub şimalla birləşmək üçün referendum elan edəcək.
İkincisi, geosiyasi reallıqdır. İranın nüvə silahı ətrafındakı problemlərinin böyüməsi və Tehranla beynəlxalq birlik arasında gərginliyin artması fonunda Azərbaycan da 44 günlük müharibə ilə regionda reallıqları əsaslı surətdə dəyişdi.
Rəsmi Tehran başa düşür ki, hazırda Cənubi Azərbaycan böyük güclər tərəfindən fars şovinizmi və eksponsionizmini cilovlaya biləcək alternativ vasitə kimi nəzərdən keçirilir.
Azərbaycanın əsas stateji müttəfiqlərindən olan İsrail ilə münasibətlərinin son illərdə inkişaf etməsinə fars rejimi aqressiv şəkildə reaksiya bildirir. İran ehtiyat edir ki, Qərb və İsrail İranın zəifləməsi üçün Cənubi Azərbaycanın müstəqilliyinə dəstək verəcək.
Cənubi Azərbaycan öz müqəddəratını təyin etməlidir!

Geosiyasi baxımdan Cənubi Azərbaycanın müstəqilliyi real görünür. Təəssüf ki, Qərb uzun müddətdir Cənubi Azərbaycan məsələsinə ehtiyatla yanaşıb. Tarixə nəzər salsaq görərik ki, İranın parçalanması, yaxud Cənubi Azərbaycanın müstəqilliyi qlobal güclərin strateji planlarında olmayıb. Əksinə, hər dəfə Cənubi Azərbaycanda müstəqil dövlət qurulanda Tehran rejiminə dəstək verilib. Şeyx Məhəmməd Xiyabani hərəkatının, Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan “21 Azər hərəkatı”nın süqut etməsi Tehran rejiminə ciddi xarici dəstəklə mümkün olub. Həmçinin, Müsəddiq hökumətinin devrilməsi də xarici qüvvələrin birbaşa iştirakı və müdaxiləsi ilə həyata keçirilib.
Lakin nəzərə almaq lazımdır ki, zaman və buna paralel olaraq böyük güclərin geosiyasi maraqları dəyişib. Hazırda İranda rejim dəyişikliyi ilə bağlı məsələlərin müzakirəsi zamanı Cənubi Azərbaycan amili də nəzərdən keçirilir. Xüsusilə də İranla dünya birliyi arasında münasibətlər gərginləşdikcə və Tehran rejiminə təzyiqlər artdıqca Cənubi Azərbaycanın müstəqil olması perspektivləri daha fəal müzakirə edilir. Hətta analitik mərkəzlər, kəşfiyyat qurumları müxtəlif variantlar sırasında Cənubi Azərbaycanın müstəqllik əldə etməsini, İranın parçalanmasını ciddi şəkildə götür-qoy edirlər.
Yaxın illərdə İrandakı molla rejiminin sonu gələcək və bu, məhz Cənubi Azərbaycanın ayağa qalxması ilə olacaq. Gec-tez Cənubi Azərbaycan öz müqəddəratını təyin edəcək!
Turan RZAYEV
Politoloq
Bölməyə aid digər xəbərlər

Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:58
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb