12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya böhranın davam etməsi üçün hər gün 10 milyon dollarlıq qaz yandırır - Fotolar
Tarix: 26-08-2022 16:07 | Bölmə: Slayd
Rusiya böhranın davam etməsi üçün hər gün 10 milyon dollarlıq qaz yandırır

Rusiyanın Finlandiya sərhədi yaxınlığında yerləşən təbii qaz zavodundan çəkilən peyk görüntüləri həm Avropanın, həm də alimlərin ciddi narahatlığına səbəb olub.

Reyting.az
xəbər verir ki, “Rystad Energy” Rusiyanın sözügedən obyektdə hər gün 10 milyon dollar dəyərində təbii qaz yandırdığını iddia edir. Sözügedən əməliyyatın enerji qiymətlərinin yüksəlməsi və ətraf mühitə təsirləri narahatlıqları daha da artırıb.



Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı bu qış Avropanın ən böyük problemlərindən birinə çevrilib.

Rusiya prezidenti Putin qitəyə gedən qazı ciddi şəkildə məhdudlaşdırdığı halda, fövqəladə planını işə salıb, qənaət kampaniyasına başlayan Avropa soyuq su ilə duş qəbul etmək kimi tələblərlə üzləşib. Buna görə də sərhəd yaxınlığındakı obyektdən çəkilən görüntülər həm Avropanın, həm də alimlərin qəzəbinə səbəb olub.

Rusiya Avropaya təbii qazın kəsilməsinin səbəbini texniki problemlə əlaqələndirsə də, əksər Avropa İttifaqı ölkələri bunun siyasi məsələ olduğunu iddia edirlər.

Sankt-Peterburqun şimal-qərbindəki Portovayadakı Qaz zavodunda nəyinsə səhv olduğunu göstərən ilk əlamətlər - bu yayın əvvəlində üfüqdə böyük bir alov gördüklərini deyən Finlandiya vətəndaşlarından gəlib.

Ərazidə araşdırma aparan tədqiqatçılar iyun ayından etibarən obyektdən yayılan istiliyin əhəmiyyətli dərəcədə artdığını qeyd edərkən, peyk görüntüləri tüstü pərdəsini tamamilə qaldıraraq obyektdə hər gün əhəmiyyətli miqdarda təbii qazın yandırıldığını ortaya çıxarıb.

Təbii qaz qurğularında qazın yanması adi hal olsa da, bu, adətən texniki səbəblərdən həyata keçirilir. Amma bu obyektdəki əməliyyatların miqyası mütəxəssisləri çaşdırıb.

Mayami Universitetindən Jessica Mkarti deyib ki, əvvəllər heç bir obyektdə bu qədər məşəl görməyib: “İyun ayında başlayan parıltı heç vaxt sönməyib və anormal dərəcədə yüksək olaraq qalıb”.



“Rystad Energy” isə Finlandiya sərhədi yaxınlığındakı zavodda hər gün təxminən 4,34 milyon kubmetr qazın yandığını iddia edir. Bu, gün ərzində 10 milyon dollar dəyərində qazın yanması deməkdir.

Mütəxəssislər burada yandırılan qazın əvvəllər Almaniyaya verildiyini ehtimal edirlər.

Dünya Bankının məlumatında bildirilir ki, Rusiya qazın yandırılmasına görə dünyada birinci yerdədir.

Obyektdəki bu əməliyyat təbii qaz uğrunda mübarizə aparan Avropa ölkələri kimi elm adamlarını da narahat edir. Mütəxəssislər diqqəti prosesin ətraf mühitə təsirinə yönəldir, böyük miqdarda karbon qazının ayrılmasının Arktika buzlaqlarının əriməsini və qlobal istiləşməni daha da gücləndirə biləcəyini qeyd edirlər.

Rusiyanın enerji nəhəngi olan “Qazprom” xarici medianın mövzu ilə bağlı suallarını hələlik cavabsız qoyub.

Reyting.az




Bölməyə aid digər xəbərlər