12:36 / 14-06-2025
Sabah yağış yağacaq
NATO-da böhran: məxfi məlumatlar satışa çıxarılıb - Foto
Tarix: 26-08-2022 16:38 | Bölmə: Slayd
NATO-da böhran: məxfi məlumatlar satışa çıxarılıb

Ukrayna müharibəsində istifadə olunan NATO silahları ilə bağlı məxfi məlumatlar hakerlərin əlinə keçib. NATO belə məlumatların haker qrupu tərəfindən internetdə satışa çıxarılmasını araşdırır.

Reyting.az
xəbər verir ki, hakerlərin satdığı məlumatlar arasında Ukrayna müharibəsində istifadə edilən NATO silahlarının dizaynları da var.

Avropanın aparıcı silah istehsalçılarından olan “MBDA Missile Systems”in məlumatlarını ələ keçirən hakerlər bu məlumatları internetdə satışa çıxarıblar.

MBDA onların məlumatlarının oğurlandığını təsdiqləsə də, məxfi hərbi sənədlərin onlara aid olmadığını bildirib. Baş ofisi Fransada yerləşən və bütün Avropada fəaliyyət göstərən şirkət, sənədlərin pozulmuş xarici yaddaşdan oğurlandığını diqqətə çatırıb. Məxfi şifrələr İtaliyada sındırıldığı üçün bu ölkənin səlahiyyətliləri də araşdırmaya cəlb olunub.

NATO sözçüsü deyib: “Biz MBDA-dan oğurlandığı iddia edilən məlumatlarla bağlı iddiaları qiymətləndiririk. Hər hansı bir NATO şəbəkəsinin pozulduğuna dair heç bir əlamət yoxdur”.

Məlumata görə, hakerlər rus və ingilis forumlarında 80 GB məlumatı 15 Bitcoinə satırlar. Oğurlanmış məlumatların satışı üçün hazırladıqları reklam mətnində bildirilir:

qapalı hərbi layihələrdə iştirak edən şirkətlərin işçiləri haqqında məxfi məlumatlar;

şirkətlərarası rəsmlər, dizaynlar, təqdimatlar, video və foto materiallar, müqavilə mətnləri və yazışmalar.



Forum istifadəçiləri üçün açıq olan 50 MB-lıq hissədə ABŞ Hərbi Hava Qüvvələrinin Estoniya və Baltikyanı ölkələrdə 2020-ci ilin sonunda həyata keçirdiyi “kommunikasiya kəşfiyyatı” missiyası ilə bağlı bəzi təfərrüatlar da var.

Qeyd edək ki, “MBDA Missile Systems” 2001-ci ilin dekabrında Fransa, İtaliya və İngiltərədə raket sistemləri üzərində işləyən şirkətlərin birləşməsi ilə yaradılıb. 13 min işçisi olan şirkət keçən il 3,5 milyard funt-sterlinq gəlir əldə edib. Böyük Britaniya Müdafiə Nazirliyi, ABŞ ordusu və NATO da şirkətin müştəriləri arasındadır.




Bölməyə aid digər xəbərlər