12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Daha bir ölkəni Rusiyaya qarşı silahlandırırlar
Tarix: 27-08-2022 23:39 | Bölmə: Slayd
Daha bir ölkəni Rusiyaya qarşı silahlandırırlar

Polşa Rusiyaya qarşı silahlandırılır. Artıq ABŞ-ın “F35” qırıcıları bu ölkəyə gətirilib. İndi məlum olur ki, Cənubi Koreya şirkətləri Polşaya 5,7 milyard dollar dəyərində döyüş təyyarəsi və silah satacaq.

Reyting.az
xəbər verir ki, Ukraynanın qərb sərhədində yerləşən Polşa, iki ayrı şirkətdən 48 “FA-50” reaktiv təyyarəsi, 180 tank və açıqlanmayan sayda özüyeriyən “Haubitsa” tədarükü ilə bağlı müqavilə imzalayıb.

Cənubi Koreyanın Müdafiə Təchizat Proqramı İdarəsi (DAPA) 2 Cənubi Koreya şirkətinin dünən Polşaya tank və “Haubitsa” ixracı üçün müqavilə imzaladığını açıqlayıb.

DAPA, “Hyundai Rotem”dən “K2 Qara Panter” tanklarını və “Hanwha” şirkətinin müdafiə bölməsi olan “Hanwha Defence”dən K9 özüyeriyən “Haubitsa”larını Polşaya göndərəcəyini bildirib.

“Silah sistemlərinin mübadiləsi qarşılıqlı logistik dəstək və təhlükəsizlik müttəfiqlərinin gücləndirilməsi baxımından son dərəcə vacibdir. Bu ixrac sazişinin Avropa ölkələri ilə həmrəylik yaratmaq və təhlükəsizlik imkanlarımızın sərhədlərini genişləndirmək səylərimizə töhfə verəcəyi gözlənilir”, - DAPA-nın bəyanatında deyilir.

Polşa 5,76 milyard dollarlıq müqavilə çərçivəsində 180 K2 tankı, qeyri-müəyyən sayda “Haubitsa” və 48 “FA-50” döyüş təyyarəsi almağa razılaşıb. DAPA, rəqəmlər barədə təfərrüat verilmədən keçən cümə günü imzalanan müqavilənin birinci mərhələ olduğunu bildirib. Gələn ay təyyarələrlə bağlı iki ölkə arasında razılaşma gözlənilir.

May ayında vəzifəyə başlayan Cənubi Koreya prezidenti Yoon Suk Yeol Şimali Koreyanın inkişaf edən nüvə və hərbi təhdidləri fonunda Avropa ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəyini vəd edib.




Bölməyə aid digər xəbərlər