12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyalı oliqarxların milyardlıq əmlakları Türkiyəyə daşınır - Fotolar
Tarix: 29-08-2022 13:52 | Bölmə: Slayd
Rusiyalı oliqarxların milyardlıq əmlakları Türkiyəyə daşınır

Ukrayna savaşı səbəbindən Qərbin ciddi təzyiq və sanksiyalarına məruz qalan rusiyalı oliqarxların milyardlarla dollarlıq yaxtaları yenidən Türkiyənin ərazi sualarına daxil olub.

Reyting.az
xəbər verir ki, bu barədə İngiltərənin “The Times” nəşrinin araşdırmasında bildirilir.

Qəzet sanksiyaya məruz qalan rusiyalı oliqarxların milyardlarla dollarlıq yaxtalarının yenidən Türkiyənin ərazi sularına daxil olmasına diqqət çəkərək yazır ki, bahalı olan gəmi və yaxtalar Egey və Aralıq dənizi sahillərində lövbər salıb.

Yaxtalardan 3-nün Bodrumdan 20 mil uzaqlıqda lövbər saldığı bildirilir:

“Sanksiyaya məruz qalan oliqarxlara məxsus ən azı 9 yaxta Türkiyənin Egey və Aralıq dənizi sahillərində gözləyir”.



Türkiyədə gözləyən gəmilərin təxmini dəyərinin 2,5 milyard dollar olduğunu qeyd edən qəzet daha bir detalı açıqlayıb. Keçən il bu lüks yaxtaların mövqelərinə diqqət çəkən qəzet, ötən ilin eyni dövründə bu gəmilərin heç birinin Türkiyədə olmadığını xatırladıb. Qeyd olunur ki, keçən il bu gəmilərin böyük əksəriyyəti Fransa, İtaliya, İspaniya və Yunanıstan sualarında olub.

Roman Abramoviç də daxil olmaqla, bir çox oliqarxın lüks qayıqlarının Türkiyə sahillərində olduğu bildirilsə də, onların arasında lüks yaxtalarında olub-olmaması ilə bağlı açıqlama verilməyib.

Digər tərəfdən, qəzet Türkiyə ilə Rusiya arasında artan yaxınlığın Qərbin narahatlığına səbəb olduğunu da xatırladıb. Rusiyalı oliqarx Leonid Mixelsona məxsus “Pacific” lüks yaxtasının Karib dənizindən Türkiyəyə gəldiyi və səyahət zamanı izləmə sistemini deaktiv etdiyi də bildirilib.

Ehtimal olunur ki, hazırda Türkiyədə rusiyalı oliqarxlardan Roman Abramoviçin iki yaxtası, habelə Dmitri Kamensçikin, Dmitri Rubolevlevin, Leonid Mixelsonun və Aleksandr Nesisin yaxtaları dayanır.

Habelə daha bir neçə yaxta Türkiyə ərazi sularına daxil olmaq ərəfəsindədir.





Bölməyə aid digər xəbərlər