12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Brüssel görüşündən sonra Zəngəzur dəhlizi açıla bilər
Tarix: 29-08-2022 16:25 | Bölmə: Slayd
Brüssel görüşündən sonra Zəngəzur dəhlizi açıla bilər

“Azərbaycan müharibədə qalib gəlib. Gördüyünüz kimi, Laçın məsələsini də həll etdik. Böyük ehtimalla Brüsseldə baş tutacaq görüşdən sonra Zəngəzur dəhlizi də açılacaq”.

Bunu “Reytinq” qəzetinə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında avqustun 31-nə planlaşdırılan Brüseldə görüşdən danışan ASDP sədri bildirib ki, bundan sonrakı gedişlər də maraqlı olacaq: “Amma mən növbəti hədəf haqqında danışa bilmərəm. Çünki cənab prezidentin bu barədə nə düşündüyünü bilmirəm. Məncə, indi əsas məqsəd Zəngəzur dəhlizinin açılmasıdır və Azərbayan buna nail olacaq”.

A. Əlizadə əlavə edib ki, Zəngəzur dəhlizi iqtisadi əhəmiyyəti baxımından Azərbaycan üçün vacib layihədir: “Bu dəhliz iqtisadi baxımdan Türkiyə, Rusiya və Avropa üçün də vacibdir. Ermənistan üçün də vacib əhəmiyyətə malikdir. Amma diqqət etsəniz görərsiniz ki, Ermənistan az qala iki ildir bu layihənin reallaşmasını gecikdirir. İş ondadır ki, Nikol Paşinyan zərgər davası edir: əvvəlcə müxalifəti küçələrə çıxarır, sonra da bundan istifadə edərək deyir ki, qərar verə bilmərəm, ölkəmdə vəziyyət gərgindir. Reallıqda isə dəhlizi açmağı gecikdirdiyi üçün Ermənistanın vəziyyəti bir qədər də ağırlaşır”.

A. Əlizadə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin fəaliyyətini mənfi qiymətləndirib: “Bəzən hansısa işi görmək Rusiyanın maraqlarına uyğun gəldikdə, sülhməramlılar asanlıqla onu həyata keçirirlər. Lakin hərbi kontingent öz funksiyalarını dəqiq yerinə yetirsəydi, bu, daha yaxşı olardı. Təəssüflər olsun ki, xristian təəssübkeşliyi yenə özünü göstərir. Bu, təkcə Rusiya ilə bağlı deyil. Məsələn, ABŞ olmayan Minsk qrupuna yeni həmsədr təyin edib. Amma Minsk qrupu bizim üçün tarixin arxivinə gedib. ABŞ və bəzi dairələr əslində Minsk qrupunu “reanimasiya” etmək istəyirlər. Yəni müharibənin nəticələri ilə razılaşa bilmirlər. Elə iki ölkə səfirinin Şuşaya getməməsi də bundan qaynaqlanır. Həm də onlar gözləmirdilər ki, proseslərdə Rusiya onlardan daha fəal olacaq. Onlar kənarda qaldıqları üçün bəzən belə addımlar atırlar. Amma onların bu addımları faydasızdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər