00:49 / 15-06-2025
İlham Əliyev 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13:07 / 10-06-2025

16:32 / 10-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

14:35 / 10-06-2025

08:07 / 14-06-2025

Əliyev və Paşinyan sülh müqaviləsi üçün zəmin hazırlayır
Tarix: 29-08-2022 18:11 | Bölmə: Slayd

Avqustun 31-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək. Bunu Şuşa şəhərində keçirilən konfransda Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Hikmət Hacıyev də təsdiqləyib. Həmin konfrans isə qalmaqal ilə qeyd olunub - Fransa və ABŞ səfirləri Şuşaya getməkdən imtina ediblər ki, Azərbaycan tərəfi bunu dövlətin ərazi bütövlüyünə hörmətsizlik sayır.
Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rus nəşrinin təhlilində qeyd olunur:
Fransa və ABŞ səfirlərinin yoxluğunu izah edən Hikmət Hacıyev onların Qarabağ münaqişəsinin həllini yarımçıq hesab etdikləri üçün gəlmədiklərini söyləyib: "Bununla yanaşı, Fransa və ABŞ Minsk qrupunda münaqişənin həllinə töhfə vermədi. 30 illik vaxtımızı boşa çıxartdılar. Bu səfərdə iştirak etməməklə, bir daha laqeydlik nümayiş etdirdilər".
Prezidentin köməkçisi bildirib ki, Əliyev və Paşinyan danışıqlarını bitirdikdən sonra, işçi qrupun təşkili ilə sülh müqaviləsinin mətnini hazırlamaq barədə razılığa gəlinəcəyinə ümid edir.
H. Hacıyev deyib ki, ayın sonunda Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri nəqliyyat və rabitə məsələlərinin və dövlətlərarası sərhədin delimitasiyasını müzakirə etmək üçün Moskvada görüşəcəklər: "ATƏT-in Minsk qrupunu diriltmək cəhdləri riyakar və biabırçı bir addımdır... Minsk qrupunun həmsədrləri missiyasını ifa edən ölkələr beynəlxalq ictimaiyyətdən utanmalıdırlar".
Hacıyevin sözlərinə görə, BMT-nin nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında bu dövlətlər ədalətsizliyin, işğalın və təcavüzün dayandırılması üçün beynəlxalq birliyin mandatı ilə təmin edilsələr də, bir qarış torpaq azad olunmayıb, bir vətəndaş torpağına qayıtmayıb.
O qeyd edib ki, Şuşadakı konfransda bütün ölkələrin nümayəndələri var və bunlar Bakının həyata keçirdiyi bərpa işinin miqyası ilə heyrətləniblər. "Ancaq bu tədbirdə iştirak etməyən iki ölkə var - ABŞ və Fransa... Gələcəkdə artıq onları dəvət etməyəcəyik... Onların olmaması, Minsk qrupunun bərpası ilə bağlı çıxışları bir daha göstərir ki, prosesin müzakirəsi ilə bağlı 30 il ərzində hansı missiyanı yerinə yetiriblər”.
Rəsmi İrəvan da İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü haqqında məlumatı təsdiqləyib.
Avropa Şurasının sədri Şarl Mişel də görüşdə iştirak edəcək. N. Paşinyan deyir ki, danışıqların nəticələrinə görə, müzakirə olunan mövzular haqqında hərtərəfli məlumat geniş yayılacaqdır.
Bununla birlikdə, görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin xüsusi bir planının hazırlandığı barədə heç bir təsdiq yoxdur. Bəlkə də müəyyən bir "yol xəritəsi”nin yaradılması barədə danışılacaq.
Təbii ki, Şuşadakı konfransda ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin iştirak etməməsi Ermənistan tərəfinin diqqətindən yayınmayıb. Bu məsələ ilə bağlı “Artsax parlamenti”nin deputatı A. Ağabekyan danışıb. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin belə mövqeyi təqdirəlayiqdir. A. Ağabekyan sosial şəbəkədə yazıb ki, bu, “Artsax” erməniləri üçün öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizədə geosiyasi mərkəzlərdən dəstək deməkdir.
Ağabekyan qeyd edib ki, Bakının təkzib etməsinə baxmayaraq, Qarabağ məsələsi mövcuddur və o, müstəsna olaraq ATƏT-in Minsk qrupu çərçivəsində, beynəlxalq hüquq normaları və beynəlxalq sənədlər əsasında həll edilməlidir.
Qeyd olunub ki, Qarabağda vəziyyət nisbətən sabitdir: “Erməni əhali “Berdzor”, “Ahavno” və “Sus” kəndlərini tərk edib. Razılaşmaya əsasən, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçib. Maraqlıdır ki, bu, avqustun 26-da - Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günündə baş verib. Amma ayın sonuna, çox güman ki, sentyabrın birinci yarısına kimi Dağlıq Qarabağla Ermənistan arasında rabitə eyni Laçın dəhlizi ilə həyata keçiriləcək”.
Qarabağla Ermənistan arasında yeni marşrut sentyabrda işə başlayacaq. Bu barədə jurnalistlərə tanınmamış respublikanın ərazi idarəetmə və infrastruktur naziri Ayk Xanumyan məlumat verib. Onun sözlərinə görə, yeni yol boyu Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqələri yerləşdiriləcək.
Xanumyan, həmçinin bildirib ki, infrastrukturun köçürülməsi prosesi davam edir. “Rabitə ilə bağlı problemlər artıq həll olunub. Elektrik xətlərinin köçürülməsi üçün vaxt lazımdır, lakin qaz təchizatı baxımından tamamilə yeni həll yolları axtarılmalıdır”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:58
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb