12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Professor: “Rusiyanın Azərbaycan-Ermənistan siyasətində dəyişiklik müşahidə olunur”
Tarix: 29-08-2022 19:56 | Bölmə: Slayd
Professor: “Rusiyanın Azərbaycan-Ermənistan siyasətində dəyişiklik müşahidə olunur”

“Xüsusilə “Qisas” əməliyyatından və Laçın şəhərinin boşaldılmasından sonra ərazidəki Rusiya sülhməramlılarının fəaliyyətinə nəzər yetirdikdə Moskvanın öz siyasətində müəyyən korrektlər etdiyini görmək mümkündür. Bu korrektələr Azərbaycanın təkidli mövqeyindən və ciddi siyasi iradə ortaya qoymasından sonra baş verir. Bu pozitiv təsir bağışlayır və güman etməyə əsas verir ki, Azərbaycan addım-addım olsa da, özünün ərazi bütövlüyünün tam təmin olunması istiqamətində inamla irəliləyir”.

Bunu Reyting.az professor Qabil Hüseynli deyib.

Q. Hüseynli Rusiyanın Cənubi Qafqaz, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinə dair siyasətində müəyyən dəyişikliklərin olmasını birbaşa Ukraynadakı proseslə əlaqələndirmir: “Bəli,Ukrayna müharibəsinin buna təsiri var. Amma məsələlərin belə ciddi dönüş almasında Azərbaycanın mövqeyi danılmazdır”.

Professor əlavə edib ki, Ukrayna ilə müharibə Rusiyanın burnunu müəyyən qədər ovsa da, hər halda Cənubi Qafqazda öz təsirini saxlaya bilir: “Burada onun müəyyən məsələlərdə güzəştə getməsinə səbəb Azərbaycandakı siyasi iqtidarın ardıcıl mövqeyi, tələbləri və bu məsələdə güzəştə getməyəcəyini bildirməsi də rol oynayır”.

Q. Hüseynlinin fikrincə, Laçının azad edilməsindən sonra ermənilərdə xof yaranıb, onlar Azərbaycanın gücünü tədricən qəbul etməyə başlayıblar:

“Əlbəttə, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni edir və uğurları göz qarşısındadır. Düşünürəm ki, ermənilər tədricən reallığı anlamağa başlayacaqlar. Zaman keçdikcə aydın olacaq ki, onların rahat yaşaması üçün Azərbaycanla mütləq hesablaşmalıdırlar. Bunu müharibədən sonra gedən proseslər, ortaya çıxan reallıqlar da göstərir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər