12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qubadlıda mina partlayıb, xəsarət alan var - Yenilənib
Tarix: 30-08-2022 11:18 | Bölmə: Slayd
Qubadlıda mina partlayıb, xəsarət alan var

İşğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina partlayışı baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildiriblər.

Bu gün baş vermiş partlayış nəticəsində minaaxtaran bələdçi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan "Dina" ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.

"Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - Mətbuat Xidmətindən bildirilib.

***

Qubadlıda mina partlaması ilə bağlı prokurorluqda araşdırma aparılır.

Reyting.az
xəbər verir ki, bu barədə Qubadlı rayon prokurorluğundan bildiriblər.

Məlumatda qeyd olunub ki, avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb: "Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır".





Bölməyə aid digər xəbərlər