12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Generalların nüfuz savaşı Şoyqunu çətin vəziyyətlə üzləşdirib
Tarix: 30-08-2022 15:02 | Bölmə: Slayd
Generalların nüfuz savaşı Şoyqunu çətin vəziyyətlə üzləşdirib

Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun - Ukrayna ilə müharibədə ağır itkilər səbəbindən sıradan çıxarıldığını, hazırda arxa oturacaqda oturduğunu iddia edir.

Reyting.az
-ın məlumatına görə, Müdafiə Nazirliyinin hesabatında bildirilir ki, Rusiya Ukrayna cəbhəsində ağır itkilər verdikdən sonra prezident Vladimir Putin müdafiə naziri Sergey Şoyquya əvvəlki kimi etimad göstərmir.

Qeyd olunur ki, 10 ildir müdafiə sahəsinə məsul olan S. Şoyqu artıq V. Putinin yaxın çevrəsindən kənarlaşdırılıb.

İddiaya görə, Rusiya lideri müharibədəki real vəziyyətlə bağlı hesabatları artıq Şoyqudan deyil, Ukraynadakı əməliyyat komandirlərindən alır.

Xatırladaq ki, Rusiyanın Ukraynada 47 min əsgər, 2 minə yaxın tank, 4 min zirehli texnika və 234 döyüş təyyarəsi itirdiyi bildirilir. Rusiya tərəfi bunu rəsmən təsdiqləməsə də, bu, ölkədə ən çox müzakirə edilən məsələlərdəndir. Belə olan halda bütün diqqətlər hərbi təhsili olmayan müdafiə naziri Sergey Şoyquya yönəlir.

Diqqətə çatdırırıq ki, 66 yaşlı S. Şoyqu Rusiyanın ən məşhur dövlət məmurlarından biridir. İxtisasca inşaat mühəndisi olan Şoyqu karyerasının çox hissəsini Fövqəladə Hallar Nazirliyində keçirib, ona görə də Müdafiə Nazirliyi üçün lazım olan hərbi təcrübəyə malik deyil. Lakin uzun illər ərzində onun ölkə daxilində böhranların idarə edilməsindəki rolu Rusiya ictimaiyyəti tərəfindən müsbət qarşılanıb və sonda müdafiə naziri təyin olunub.

Şoyqu ilk uğurunu Krımda əldə edib. Yarımadanı ələ keçirmək üçün xüsusi təyinatlılarla gecə əməliyyatı planlaşdırılıb. Əməliyyatda hökumət binaları ələ keçirilib və sonda 2014-cü ildə Rusiya Krımı ilhaq edib.

2012-ci ildən nazir kürsüsünü qoruyub saxlayan Şoyqunun artıq Rusiya lideri tərəfindən hədəfə alındığı iddia olunur. Bəzi ekspertlər isə bildirirlər ki, Ukrayna ilə müharibə Rusiya generalları arasında rəqabəti də artırıb. Rusiya Müdafiə Nazirliyində isə Şoyqu ilə rəqabət apara biləcək kifayət qədər generallar var və onlar müharibədəki uğursuzluqların nazirin adına yazılması üçün əllərindən gələni edirlər.




Bölməyə aid digər xəbərlər