12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Deputat: “Ukraynaya hücum Rusiyanı uçuruma aparır”
Tarix: 30-08-2022 17:57 | Bölmə: Slayd
Deputat: “Ukraynaya hücum Rusiyanı uçuruma aparır”

“Ukrayna ordusunun əks-hücumuna tələsik qiymət vermək doğru deyil. Baxmaq lazımdır ki, bu iş haraya qədər gedəcək. Əlbəttə, çoxları istəyir ki, Ukrayna uğur qazansın. Eyni zamanda hazırda Rusiya ordusu üstünlük əldə edə bilmir”.

Bunu Reyting.az-a Azərbaycan Milli Məclisinin üzvü Rasim Musabəyov Ukrayna ordusunun əks-hücumundan danışarkən deyib.

R. Musabəyovun qənaətincə, indiki vəziyyət Rusiyanı uçuruma aparır. Onun sözlərinə görə, ağılsız və Rusiyanın tarixi yoluna xəyanət kimi qiymətləndirilə bilən Ukraynaya hücum gec-tez rəsmi Moskva üçün mənfi nəticələnəcək.

Milli Məclisin üzvü diqqətə çatdırıb ki, Ukrayna müharibəsini başlayan Rusiya iqtidarı ola bilsin, bu səhv addıma cavabı mövcud hakimiyyəti itirməklə verəcək: “Bu, elə bir səhvdir ki, Rusiya iqtidar təhlükəsi ilə üzləşə bilər. Məsələ yalnız Ukraynanın işğal edilən ərazilərindən geri çəkilmə ilə bitərsə, ruslar buna sevinməlidir”.

R. Musabəyov hesab edir ki, Ukraynaya hücum əməliyyatı aparmaq və dərhal sonra müharibəyə başlamaq səhv addım olub və Rusiya bunun mənfi nəticəsini mütləq görəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər