12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ərdoğan və Putinə ittiham: başqa ölkənin hakimiyyətini dəyişmək istəyirlər
Tarix: 30-08-2022 18:13 | Bölmə: Slayd
Ərdoğan və Putinə ittiham: başqa ölkənin hakimiyyətini dəyişmək istəyirlər

Rəsmi Afina və Ankara administrasiyaları arasında gərginliyin artdığı bir vaxtda Yunanıstan baş naziri Kiriakos Mitsotakis Nazirlər Kabinetinin bugünkü iclasında Türkiyə prezidenti Ərdoğan və Rusiya dövlət başçısı Putini hədəfə alıb.

Reyting.az
-ın xəbərinə görə, Mitsotakis bəyan edib ki, Ərdoğan və Putin Afinada hakimiyyət dəyişikliyi istəyirlər.

Türkiyə ilə Yunanıstan arasında son zamanlar qarşılıqlı bəyanatlar və Egey-Aralıq dənizindəki hadisələr səbəbindən gərginlik artarkən, Mitsotakis Ərdoğan və Putini hədəf alıb, Yunanıstanda hakimiyyət dəyişikliyi istədiklərini iddia edib.

Mitsotakis deyib ki, “Ərdoğan və Putin Yunanıstanda başqa hökumət istədiklərini gizlətməyiblər”.

Mitsotakis miqrasiya məsələsinə də toxunub və Türkiyə ilə qarşılıqlı ittihamları xatırladaraq deyib: “Heç bir manevr mövqeyimizi dəyişdirmir. Biz günahsızları xilas edirik, sərhədlərimizi qoruyuruq”.

Baş nazir ölkəsində baş verən gizli telefon dinləmələri qalmaqalına da toxunub. PASOK partiyasının sədri və Avropa Parlamentinin üzvü Nikos Androulakisin telefon dinləmələri ilə bağlı qalmaqala gəlincə, əlavə edib ki, telefon dinləmələri qanuni, lakin milli təhlükəsizlik və siyasi baxımdan qəbuledilməzdir.

Mitsotakis əlavə edib ki, o, “qanuni” kimi şərh edilən telefon dinləmələrindən xəbərsizdir və bilsəydi, buna icazə verməzdi.




Bölməyə aid digər xəbərlər