12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya Avropaya təbii qaz nəqlini dayandırıb
Tarix: 31-08-2022 12:09 | Bölmə: Slayd
Rusiya Avropaya təbii qaz nəqlini dayandırıb

Rusiya təbii qazının Baltik dənizi vasitəsilə əvvəlcə Almaniyaya, sonra isə bir çox Avropa ölkələrinə nəql olunduğu “Şimal axını-1” qaz kəmərində təmir işləri davam edir. Rusiya “Şimal axını” boru kəməri ilə Avropaya qaz nəqlini təmir işləri ilə əlaqədar dayandırdığını bildirib.

Reyting.az
xəbər verir ki, bu gün səhər saatlarından etibarən Rusiya “Şimal axını” boru kəməri ilə Avropaya qaz nəqlini dayandırıb. Avropa mediası bunu abunəçilərə bildirərkən, Rusiyanın “TASS” xəbər agentliyi qaz kəsilməsinin 3 gün davam edəcəyini yazıb.

“Qazprom” isə sözügedən qərarının təmir işləri ilə bağlı olduğunu bildirib. Rusiya şirkətinin məlumatında qeyd olunur ki, kompressor stansiyasında üç günlük təmir lazımdır və bu, hər 1000 saatdan bir aparılmalıdır.

Almaniyanın enerji bazarını tənzimləyən Bundesnetzagentur (BNetzA) agentliyinin sədri Klaus Müller bəyan edib ki, Rusiya qaz təchizatını tamamilə kəsərsə, ölkədəki qaz anbarları maksimum 2,5 ay tələbatı ödəyə bilər.

Təbii qaz idxalının yarısı Rusiyadan asılı olan Almaniya bir müddət qazın yalnız 20 faizini bu xəttdən təmin edə bilir.

“Qazprom” aprel ayında verdiyi qaza görə rublla ödəməkdən imtina edən “GasTerra”-ya təbii qaz axınını dayandıracağını açıqlamışdı. “GasTerra” isə rubl ödənişləri ilə bağlı açıqlama verərək, “Qazprom”un Rusiya təbii qazı üçün ödəmə öhdəliklərinin yerinə yetirilməyəcəyini bildirib.

“Qazprom” bundan əvvəl rublla ödəməkdən imtina edən Finlandiyaya qaz nəqlini kəsmişdi.

Xatırladaq ki, Rusiyanın dövlət enerji şirkəti “Qazprom” daha əvvəl “Şimal axını” ilə qaz nəqlinin 31 avqust Moskva vaxtı ilə saat 04:00-dan 3 sentyabr Moskva vaxtı ilə saat 04:00-a qədər dayandırılacağını açıqlamışdı.

Onu da qeyd edək ki, Rusiya prezidenti Putinin imzaladığı fərmanla ötən həftələrdə “dost olmayan ölkələr” siyahısı rəsmiləşib. Rusiya hökumətinin açıqladığı siyahıya ABŞ və bütün Avropa İttifaqı ölkələri daxil edilib. Bunlar aşağıdakı ölkələrdir:

Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan.




Bölməyə aid digər xəbərlər