00:49 / 15-06-2025
İlham Əliyev 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13:07 / 10-06-2025

16:32 / 10-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

14:35 / 10-06-2025

08:07 / 14-06-2025

Müqtəda əs-Sədr: çoxlarının çəkindiyi siyasi rəqib “təqaüdə çıxıb”
Tarix: 01-09-2022 13:08 | Bölmə: Slayd

Avqustun 29-da İraq şiələrinin nüfuzlu lideri Müqtəda əs-Sədr siyasi səhnədən “təqaüdə çıxdığını” elan edib.
Reyting.az xəbər verir ki, bu barədə “Middle East Eye” saytı yazıb.
Britaniya nəşrinin təhlilində qeyd olunur:
Cavab olaraq onun ardıcılları Bağdadın guya möhkəmləndirilmiş Yaşıl Zonasına yollanıb və müxtəlif hökumət binalarını qarət ediblər. Ölkə boyu regional hökumət binaları Sədr tərəfdarları tərəfindən zəbt olunub. Ölkədə komendant saatı tətbiq edilib, təhlükəsizlik qüvvələri və digər silahlı qruplar işə qarışıb və 24 saat ərzində onlarla insan öldürülüb.
Avqustun 30-da günortadan az sonra Sədr mətbuat konfransı keçirərək ardıcıllarını etirazlara son qoymağa və Yaşıl Zonadan çıxmağa çağırıb. Onlar dərhal bunu icra ediblər. Buna cavab olaraq komendant saatı ləğv olunub.
Bir gündən az vaxt ərzində Sədr yenidən İraqı xaosa sürükləmək və sonra əmrlə onu uçurumdan geri çəkmək gücünə malik olduğunu bir daha nümayiş etdirib.
2003-cü ildə İraqın işğalından bu yana keçən 20 il ərzində İraqdakı ən güclü şəxs olan Ayətullah Əli Sistani istisna olmaqla, Sədr mübahisəsiz liderə çevrilib.
O, əvvəlcə özünü ABŞ-ın rəhbərlik etdiyi işğala qarşı çıxan silahlı qüvvələrin lideri, millətçi, xarici müdaxilənin əleyhdarı və yoxsulların müdafiəçisi kimi göstərib. Lakin onun milyonlarla tərəfdarını (əksəriyyəti silahlanmış) bir sözlə səfərbər etmək bacarığı onun gücünü İraqın zəif demokratiyasına və dövlətin nüfuzuna təhlükə kimi görənləri əsəbiləşdirir.
48 yaşlı Müqtəda əs-Sədr İraq BƏƏS Partiyasının hakimiyyəti dövründə Nəcəfdə anadan olub, Vitse-prezident Səddam Hüseyn və prezident Əhməd Həsən əl-Bəkri zamanında. Sədrin atası Məhəmməd Sadiq, qohumu və qayınatası Məhəmməd Baqir -hər ikisi çox nüfuzlu din xadimi olublar. Hər ikisi Səddam Hüseyn tərəfindən öldürülüb və bir çox şiə tərəfindən şəhid və yoxsulların müdafiəçisi kimi qəbul edilir.
Mediada tez-tez dini nüfuza malik bir "din xadimi" adlandırılsa da, Sədr, atası və qayınatası kimi bir mərcə, fəqih və dini hökmlər vermək səlahiyyətinə sahib deyil.
Həqiqətən də, “təqaüdə çıxdığını” elan etmək qərarına açıq-aydın təkan verən Ayətullah Kazem əl-Haerinin istefası idi. Haeri Sədrin atasının varisi və Sədrin hazırkı ardıcılları üçün dini avtoritet sayılırdı. O, ardıcıllarına İranın ali rəhbəri Ayətullah Əli Xameneiyə beyət etməsini istəyib.
Bununla belə, dini etimadnaməsi olmasa da, Sədr öz irsindən yararlana bilib. O, Səddamın süqutundan sonra İraqın yoxsul və marginallaşmış şiə icmalarını siyasi hərəkata və silahlı milislərə (“Mehdi ordusu”) çevirə bilib.
Sədrin atasının adını daşıyan və əvvəllər Səddam və Səvra şəhərcikləri adlandırılan Bağdadın Sədr qəsəbəsi uzun müddətdir ki, ölkə daxilində İraq şiələri üçün xüsusi məkandır.
Keçmiş düşməni Səddamın devrilməsindən sonra uzun illər ərzində Sədr ölkəni işğal edən koalisiya qüvvələrinə qarşı silahlı üsyanda “Mehdi ordusu”na rəhbərlik edib.
O, daha sonra “Mehdi ordusu”nu “Saraya əs-Salam” (“Sülh briqadaları”) olaraq islahat edib və parlament seçkilərinə qatılaraq, korrupsiyaya son qoymağa, könüllü milislərin ləğvinə və ölkə iqtisadiyyatında texnokratik islahatlara çağırışlarla tanınıb.
Sədrçilər ölkənin bütün qurumlarında təmsil olunub. Bu qruplaşma İraqda məzhəbçiliyin sona çatmasının tərəfdarı olsa da, “Mehdi ordusu” ölkəni bürümüş və sünnilərin, xristianların və digər qrupların məzhəblərarası qətliamların çoxuna cavabdehdir.
2003-cü ildə müqəddəs Nəcəf şəhərində qəzəbli izdihamın hücumu nəticəsində öldürülən yüksək səviyyəli ruhani Əbdülməcid əl-Xoyinin ölümündə Sədrin əli olması ilə bağlı şübhələr hələ də qalmaqdadır.
Sədr, həmçinin ölkədə millətçi, antikorrupsiya qüvvəsi kimi yenidən “kəşf edilərək” 2015-ci ildə populyarlığını artırıb. Həmin il və 2019-cu ilin oktyabrında hökumət əleyhinə qiyamlar təşkil edib.
Keçən oktyabrda keçirilən parlament seçkilərində onun “Sairun” partiyası birinci olmuşdu. Sədr sünni və kürd müttəfiqləri ilə birlikdə "əksəriyyət hökuməti" formalaşdırmağa çalışıb. Lakin o, parlamentarilərdən kifayət qədər dəstək ala bilməyib və iyun ayında dalandan çıxmaq cəhdi ilə Sədr deputatlarına məclisdən geri çəkilməyi əmr edib.
Müctəba Sədr Sudani və əzəli rəqibi Nuri əl-Malikini daim dalana dirəmək istəyib.
Bu rəqabət 2007-ci ildən başlayıb.
Son hadisələr zamanı Sədr zorakılığa görə üzr istəyib. Nəcəfdə tərəfdarlarına Yaşıl Zonanı tərk etmək üçün bir saat vaxt verdikdən sonra jurnalistlərə açıqlamasında deyib: "Hadisələrdən təsirlənən yeganə İraq xalqından üzr istəyirəm".
Baş nazir Mustafa Əl-Kazimi buna cavab olaraq zorakılıqların dayandırılmasında göstərdiyi hərəkətlərə görə Sədrə təşəkkür edib: "Zati-aliləri Müqtəda əs-Sədrin zorakılığı dayandırmağa çağırışı vətənpərvərlik və İraq qanının müqəddəsliyinə hörmətin təcəssümüdür. Onun çıxışı İraqı qorumaq, siyasi eskalasiya və zorakılığı dayandırmaq və dərhal dialoqa başlamaq üçün hamıya milli və mənəvi güc verir".
İndi İraqda dialoqun mümkün olub-olmayacağı dəqiq deyil, lakin İraqın baş nazirinin Sədrin böyük məsuliyyət daşıdığı siyasi yanğını söndürdüyünə görə tərifləmək məcburiyyətində qalması onun nə qədər gücə malik olduğunun göstəricisidir.
Bir çox iraqlılar üçün davam edən zorakılıq sadəcə həyat faktıdır və onlar demək olar ki, söz sahibi deyillər.
Bölməyə aid digər xəbərlər

Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:58
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb