12:36 / 14-06-2025
Sabah yağış yağacaq
General-mayor Bəkir Orucov həbs edilib - Yenilənib+
Tarix: 02-09-2022 08:55 | Bölmə: Slayd
General-mayor Bəkir Orucov həbs edilib
Bəkir Orucov

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucovun saxlanılması ilə bağlı məlumat yayılıb.

Reyting.az
xəbər verir ki, bu barədə ovqat.com-a Müdafiə Nazirliyindəki mənbələr bildirib.

Onun hansı cinayət əməli törətməsi tam məlum deyil.

Mənbə saxlanılma əməliyyatının "Tərtər işi" ilə bağlı aparılan araşdırmalar çərçivəsində baş verdiyini bildirir.

Hələ ki, hadisə ilə bağlı rəsmi məlumat yayılmayıb.

Qeyd edək ki, general bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsində çalışıb. O, ötən ilin sentyabr ayında Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsindən azad edilib, Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin olunmuşdu. “Tərtər hadisələri”nin 2017-ci ildə baş verdiyini nəzərə alsaq, həmin vaxt Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi işləyən Bəkir Orucovun bu işdə hansı “xidmətlərinin” olduğu maraq doğurur.

Bəkir Orucovun Tərtər hadisələrindəki roluna görə saxlanılması öz təsdiqini taparsa, bir sıra müəmmalı suallar ortaya çıxacaq.

Anlaşılmaz olan təkcə Tərtər hadisələri zamanı Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsində işləyən general-mayor Bəkir Orucovun səlahiyyətində olmayan sahəyə necə müdaxilə etməsi deyil. Həm də bu hadisədən 4 il sonra, yəni 2021-ci ilin 28 sentyabrında hansı əsasla Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilməsidir.

***

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

***

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun barəsində həbs qətimkan tədbiri seçilib.

Reyting.az
xəbər verir ki, bu barədə məhkəmədən məlumat verilib.

Məhkəmə B.Orucovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.

Onun nədə ittiham olunduğu ilə bağlı hələlik rəsmi məlumat yoxdur.




Bölməyə aid digər xəbərlər