12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Daha bir ölkə sürətlə silahlanır: orduya 40 milyard ayırmaq istəyirlər
Tarix: 02-09-2022 19:35 | Bölmə: Slayd
Daha bir ölkə sürətlə silahlanır: orduya 40 milyard ayırmaq istəyirlər

Rusiya-Ukrayna müharibəsi dünyadakı tarazlıqları dəyişir. Dünyanın demək olar ki, əksər ölkələri silah və hərbi texnologiyaya daha çox vəsait ayırmağa başlayıb.

Reyting.az
xəbər verir ki, Sakit okeanda Çinlə üz-üzə olan Yaponiya həm qonşusuna, həm də Rusiyaya qarşı tədbir görmək üçün İkinci Dünya Müharibəsindən bəri ilk dəfə hərbi məqsədlər üçün daha çox vəsait xərcləmək istəyir.

Xatırladaq ki, Yaponiyanın hərbi qüvvələri ölkənin müharibədən (II Dünya Müharibəsi) sonrakı konstitusiyasında rəsmi olaraq tanınmır və ona sərf edilən xərclər onun “qondarma” müdafiə qabiliyyətinin artırılması ilə məhdudlaşır.



Əvvəllər Yaponiyanın müdafiə büdcəsi ənənəvi olaraq ÜDM-in (Ümumi Daxili Məhsulun) bir faizini təşkil edirdisə, indi müdafiə ekspertləri bunun artmalı olduğunu deyirlər.

Kanazava Texnologiya İnstitutunun professoru və Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrinin istefada olan admiralı Toşiyuki İto hərbi xərclərin ÜDM-in iki faizinə qədər artırılmasının çətin olacağını bildirib: “Bunun birbaşa beş trilyon yenaya yüksələcəyini təsəvvür etmək çətindir. İnsanlara və müntəzəm texniki xidmətə sərmayə qoymalıyıq. İldə əlavə iki trilyon daha real hədəfdir və yapon qoşunlarının maaşını və təchizatını yaxşılaşdırmaq üçün çox ehtiyac duyulan vəsaiti təmin edəcək”.

Yaponiyanın müdafiə xərcləri son on ildə demək olar ki, hər il artıb, lakin Rusiyanın Ukraynaya təcavüzündən və Çinin Tayvana artan təzyiqindən sonra hökumətə daha çox təzyiq göstərilib.

Baş nazir Fumio Kişida hərtərəfli yeniləmələri vəd edib və Müdafiə Nazirliyi silahlı pilotsuz təyyarələr və hipersəs raketləri ilə bağlı araşdırmaları ehtiva edən bir siyahı açıqlayıb. Yaponiyanın Müdafiə Nazirliyi də bu həftə Ukraynadakı müharibəyə işarə edərək 40 milyard dollarlıq büdcə istəyib.

Nazirlikdən bu tələblə bağlı verilən açıqlamada “Beynəlxalq ictimaiyyət İkinci Dünya Müharibəsindən bəri ən çətin sınaqlarla üzləşir. Dünya yeni böhran dövrünə qədəm qoyduğu üçün hazırkı nizam ciddi problemlərlə üz-üzədir”,- ifadələrindən istifadə edilib.

Yaponiya rəsmilərinin fikrincə, Avropada baş verənlər Hind-Sakit okean regionunda ola bilər. 2023-cü maliyyə ili üçün 5,59 trilyon yen (yəni 40 milyard dollar) lazımdır. Bu, ötən ilin rekordu olan 5,48 trilyon dollar tələbdən artıqdır.

Bununla belə, hökumət bir sıra müdafiə siyasətini, o cümlədən beş illik xərclər layihəsini tamamladığı üçün yekun rəqəmin daha yüksək olacağı gözlənilir.



Bu, Yaponiyanı ABŞ və Çindən sonra Hindistana rəqib olmaqla, Böyük Britaniya və Rusiyanı ötərək üçüncü ən böyük hərbi büdcəsi olan ölkəyə çevirə bilər.

Bununla belə, “Yaponiya indi birbaşa güclü Çinin təzyiqinə məruz qalan həssas bir ölkədir”,- şərhini verən ekspertlərin fikrincə, bu, normal bir vəziyyət olacaq.

Bu vəsaitin qabaqcıl texnologiyalı raketlərin istehsalı üçün xərclənəcəyi iddia olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər