12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kreml hibrid müharibəsinə fokuslanıb - Kəşfiyyat
Tarix: 06-09-2022 05:58 | Bölmə: Slayd
Kreml hibrid müharibəsinə fokuslanıb

Ukraynada müharibə tezliklə bitməyəcək və Kiyevdə hələlik rejim dəyişikliyi gözlənilmir.

Reyting.az
xəbər verir ki, Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) direktoru Bruno Kahl kəşfiyyat məlumatlarına əsaslanaraq belə deyib.

Kəşfiyyat Xidmətinin direktoru bildirib ki, Rusiya prezidenti Putinin də yaxın gələcəkdə hakimiyyətini itirəcəyinə dair heç bir əlamət yoxdur.

Diqqətə çatdıraq ki, Almaniya Konstitusiyanın Müdafiəsi Təşkilatının (BfV) məlumatlarına görə, Moskva mövcud potensial ərzaq və enerji böhranı ilə bağlı qorxuları artıraraq dezinformasiya yayır. Bu yolla BfV prezidenti Tomas Haldenvanq Rusiyanın alman cəmiyyətində parçalanma yaratmağa çalışdığını bildirir.

Digər tərəfdən, BND rəhbəri Kahl kəşfiyyat xidmətinin Kremlin hərəkətlərini çox yaxından izlədiyini və Moskva administrasiyasının məqsədlərinə çatmaq üçün zorakılıqdan çəkinməyəcəyini iddia edib.

Rusiyadan məlumat almaq üçün artıq daha çox kadr və texnologiyaya güvəndiklərini ifadə edən Almaniya kəşfiyyatının direktor qeyd edib ki, BND-nin hazırda Kremlin kiber hücumlar və dezinformasiya kampaniyalarını ehtiva edən hibrid müharibəsinə fokuslandığını açıqlayıb.

Ukrayna prezidenti Volodimir Zelenski isə deyib ki, Rusiya hər bir Avropa vətəndaşının normal həyatını məhv etmək istəyir: “Onlar raketlərlə, yoxsulluq və siyasi xaosla hücum edə bilməyəcəkləri yerlərə hücum edirlər”.




Bölməyə aid digər xəbərlər