12:36 / 14-06-2025
Sabah yağış yağacaq
2300-dən çox müəllim sertifikasiyadan keçə bilməyib - Nazir
Tarix: 07-09-2022 12:34 | Bölmə: Slayd
2300-dən çox müəllim sertifikasiyadan keçə bilməyib

“İlkin mərhələdə ibtidai sinif müəllimlərinin 98 faizi sertifikasiyada iştirak edib. Onların 78 faizi sertifikasiyanın ilk mərhələsində uğur qazanıb”.

Reyting.az
xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışında deyib.

E. Əmrullayev bildirib ki, sertifikasiyada iştirak edən bəzi müəllimlər yaşla bağlı prosesə qatılmayıblar.

Onun sözlərinə görə, 8577 müəllim sertifikasiyanın birinci mərhələsindən uğurla keçib, 2367 müəllimin isə təkmilləşdirməyə ehtiyacı var: “Müsahibə mərhələsindən də uğurla keçsələr, 5599 müəllim 10 faiz, 2978 müəllim 35 faiz əlavə alacaq".




Bölməyə aid digər xəbərlər