12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Sertifikasiyanın ikinci mərhələsində uğur qazana bilməyən müəllimlər işdən kənarlaşdırılacaq
Tarix: 07-09-2022 14:01 | Bölmə: Slayd
Sertifikasiyanın ikinci mərhələsində uğur qazana bilməyən müəllimlər işdən kənarlaşdırılacaq

Yeni tədris ili başlayana qədər müəllimlərin sertifikasiya imtahanının müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır.

Reyting.az
xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

E. Əmrullayev bildirib ki, artıq müsahibə komissiyaları yaradılıb. Onun sözlərinə görə, müsahibə bəzi müəllimlərlə ənənəvi, bəziləri ilə isə onlayn formada təşkil olunacaq.

Nazir əlavə edib ki, müəllimlərin bu ay əlavələrini almasına çalışacaqlar.

E. Əmrullayev imtahanda bəzi müəllimlərin sözləri səhv yazmasına da münasibət bildirib. Nazir deyib ki, bu, hələ ilkin nəticələrdir, niyə baş verməsi araşdırılmalıdır: "Yəqin ki, müxtəlif səbəblər var. Əminəm ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyəcan olub. Gördüyümüz odur ki, imtahan mərhələsində minimal balı toplayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminəm ki, bu aradan qaldırıla biləcək məsələdir”.

Nazir diqqətə çatdırıb ki, zəif nəticə göstərən müəllimlər üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək: “Onlar üçün təşkil ediləcək təkmilləşdirmə kursları kömək olacaq, həm həyəcanları dəf edə biləcəklər, həm də lazım olan 3-5 balı toplayacaqlar. Müəllim ikinci mərhələdə uğur qazanmasa və üzrsüz səbəbdən iştirak etməsə, onların əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu qanunvericiliyin tələbidir".

Reyting.az




Bölməyə aid digər xəbərlər