12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Nazir: “Minlərlə müəllimin əməkhaqqına əlavələr olacaq”
Tarix: 09-09-2022 11:54 | Bölmə: Slayd
Nazir: “Minlərlə müəllimin əməkhaqqına əlavələr olacaq”

98 faiz müəllim sertifikasiya prosesində iştirak edib.

Reyting.az
xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

E. Əmrullayev sertifikasiyada iştirak edən müəllimlərə təşəkkür edib. Nazir deyib ki, bu, müəllimlərin etimadının göstəricisidir:

“Məhz prosesin sonunda kifayət qədər yaxşı nəticələrlə ayrıldıq. İnanıram ki, bu yolda biz irəliləyərək Azərbaycan təhsilinin daha hazırlıqlı olmasını təmin edə biləcəyik”.

Nazir əlavə edib ki, sentyabr ayından başlayaraq minlərlə müəllimin əməkhaqqına əlavələr olacaq.

E. Əmrullayev diqqətə çatdırıb ki, MİQ imtahanlarından keçmiş və 5 il təcrübəsi olan müəllimlər yaxın günlərdə sertifikalaşdırmaya cəlb olunacaqlar.

Nazir deyib ki, həmin müəllimlər işlədikləri rayonlarda imtahan verə biləcəklər: “Bu, təxminən, 300-dən artıq şəxs deməkdir. Əminəm ki, həmin müəllimlərin 50 faizindən çoxu 51-dən yuxarı bal toplayacaq”.




Bölməyə aid digər xəbərlər