12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Avropanın ən güclü mafiyasının lideri İstanbulda öldürülüb
Tarix: 10-09-2022 15:45 | Bölmə: Slayd
Avropanın ən güclü mafiyasının lideri İstanbulda öldürülüb

Serbiyanın ən fəal cinayətkar dəstələrindən biri olan “Skaljari” qruplaşmasının lideri Yovan Vukotiç İstanbulda həyat yoldaşı və uşaqlarının gözü qarşısında güllələnib.

Reyting.az
xəbər verir ki, Serbiyada fəaliyyət göstərən “Kavaka” cinayətkar qruplaşması ilə düşmənçilik edən “Skaljari” mafiyasının lideri, uzun illərdir qırmızı bildirişlə İnterpol tərəfindən axtarılan Yovan Vukotiç dünən Mecidiyeköydə həyat yoldaşı və uşaqları ilə birlikdə avtomobillə hərəkətdə olarkən motosiklet onlara yaxınlaşıb. Vukotiçin avtomobilinə 2 nəfərin olduğu motosikletdən tapança ilə 5 dəfə atəş açılıb. Bədəninə 4 güllə dəyən Vukotiçin idarə etdiyi avtomobil səkiyə çırpılıb və o, həyatını itirib.

Vukotiçin həyat yoldaşı və uşaqları hücumdan sağ-salamat xilas ola biliblər.



Məlumata görə, Avropada əhəmiyyətli dərəcədə narkotik ticarəti həyata keçirən Vukotiç gözlənilmədən sui-qəsdə məruz qaldığından hücum zamanı özünü müdafiə edə bilməyib.

Təhlükəsizlik mənbələri bildirir ki, 2014-cü ildən bəri Vukotiçin lideri olduğu “Skaljari” mafiyası ilə Serbiyanın ən fəal cinayətkar qruplarından olan “Kavaka” arasında düşmənçilik hökm sürür. 2014-cü ildə İspaniyanın Valensiya limanında yoxa çıxan 300 kiloqram kokainə görə iki qrup arasında keçmişdə silsilə qarşıdurmalar yaşanıb və həmin toqquşmalarda bəzi cinayətkar təşkilat üzvləri öldürülüb. Hər iki mafiya şəbəkəsinin “əli uzun” olub və bütövlükdə Avropaya çıxışları ilə tanınıblar.



Düşmən dəstəsinin əmri ilə öldürüldüyü güman edilən Y. Vukotiç narkotik alveri ilə bağlı İnterpol tərəfindən qırmızı bildirişlə axtarışa verildikdən sonra saxta pasportla Türkiyəyə daxil olub.

2018-ci ildə Antalyada tutularaq ölkəsinə ekstradisiya edilən Vukotiçin ölkəsində 15 ay həbsdə yatdıqdan sonra sərbəst buraxıldığı da öyrənilib. Ehtimal olunur ki, mafiya lideri bundan sonra bir neçə ölkəyə gedib və sonda saxta sənədlərlə Türkiyəyə daxil ola bilib.

Hazırda Türkiyə hüquq-mühafizə orqanları baş verən cinayətlə bağlı araşdırmalara başlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər