12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İstanbuldakı atışmada 4 azərbaycanlı yaralanıb - Fotolar (Yenilənib)
Tarix: 12-09-2022 13:40 | Bölmə: Slayd
İstanbuldakı atışmada 4 azərbaycanlı yaralanıb

Türkiyənin İstanbul şəhərində silahlı insident olub.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Sarıyer rayonundakı ticarət mərkəzinin kafesində baş verən atışma nəticəsində azı 6 nəfər yaralanıb.

İlkin məlumata görə, kafedə iki qrup arasında mübahisə atışma ilə nəticələnib.

Silahlı insident zamanı xəsarət alanların 4-ü Azərbaycan, 1-i İran vətəndaşıdır.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

İnsidentin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

***

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən "Vadi İstanbul" Ticarət Mərkəzində ötən gün yerli vaxtla axşam saat 20:00 radələrində naməlum qruplar arasında yaranmış silahlı atışmada dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.

Bu barədə Azərbaycanın İstanbuldaki Baş Konsulluğundan məlumat verilib.

Yaralanan azərbaycanlılar Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimovdur.

Bildirilib ki, yaralı həmyerlilərimiz hazırda Seyrantepe Hamidiye Etfal Araşdırma Xəstəxanasında müalicə olunurlar.

Hadisənin başvermə səbəbləri aidiyyəti orqanlar tərəfindən araşdırılır/Report.






Bölməyə aid digər xəbərlər