12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ərdoğanın Zəngilana səfəri gözlənilir
Tarix: 12-09-2022 12:40 | Bölmə: Slayd
Ərdoğanın Zəngilana səfəri gözlənilir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ay Azərbaycana səfəri gözlənilir.

Türkiyə prezidenti Ərdoğanın Azərbaycan prezidenti ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcəyi bildirilir.

Məlumata görə, Türkiyə prezidentini səfərdə geniştərkibli nümayəndə heyətinin müşayiət edəcək.

Qeyd edək ki, Ərdoğan budan öncə mətbuata açıqlamalarında Zəngilan hava limanının açılışında iştirak edəcəyini bildirmişdi.

Xatırladaq ki, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi artıq yekunlaşmaq üzrədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər