16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
13:40 / 11-06-2025

18:45 / 10-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

15:00 / 11-06-2025

Azərbaycan-Ermənistan sərhədində baş verənlər Kremlin növbəti şousudur
Tarix: 13-09-2022 14:50 | Bölmə: Slayd

Dünən gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib bə buna ggörə məsuliyyəti rəsmi İrəvan daşıyır. Baş verən təxribatlar həm də böyük güclərin Cənubi Qafqazda toqquşan maraqlarının real göstəricisidir.
Ümumiyyətlə, Ermənistanın sülh prosesindən uzaqlaşmaq istədiyini düşünmürəm. Məsələ ondadır ki, iki ölkə arasında baş verən 44 günlük müharibədən iki ilə yaxın bir vaxt keçib. Geridə qoyduğumuz bu iki il ərzində Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında və 2021-ci ilin 11 yanvarında imzaladıqları iki ortaq sənəd var.
Bundan başqa, Brüsselin vasitəçiliyi ilə liderlərin 4 görüşü keçirilib. Bu görüşlər kifayət qədər məhsuldar keçib və 27 illik “danışıqlar” prosesində əldə edilməyən nəticələr əldə edilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan başa düşür ki, Azərbaycanla sülhün imzalanmasından başqa yol yoxdur. Bu baş vermədikcə nə Ermənistan Qərbə inteqrasiya edə biləcək, nə Türkiyə ilə münasibətlər normallaşacaq, nə də Kremlin təsirindən Ermənistan çıxa biləcək.
Lakin bununla belə, sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması prosesinin ləngidiyini, həmçinin Ermənistan ordusunun Kəlbəcər və Laçın istiqamətində vaxtaşırı atəşkəsin pozduğunun da şahidi oluruq.
Məhz buna görə hesab edirəm ki, həm baş verən son təxribatlar, həm də sülh prosesinin uzanması təkcə Ermənistanla bağlı deyil.
Real yanaşsaq, Ermənistanın forpost, pion statusundakı ölkə olduğu hər kəsə bəllidir. Bu ölkənin özünəməxsus xarici siyasəti regional və geosiyasi maraqları yoxdur. Tarix boyu böyük güclərin əlaltısı olan, onların siyasi maraqları üçün pionluq edən bir ölkədən belə potensial gözləmək doğru deyil. Paşinyanın Ermənistan hakimiyyətinə gəlməsi rəsmi İrəvanın Qərbə inteqrasiya etmək istəməsi belə öz növbəsində Qərbin hazırladığı planın bir parçasıdır. Buna görə də mövcud gərginliyin pərdə arxasında böyük güclərin, daha doğrusu, Rusiyanın olduğunu düşünürəm:
Birincisi, Rusiya Ermənistan-Azərbaycan arasında mövcud gərginliyin bitməsini istəmir. Çünki gərginliyin bitməsi və sülhün əldə edilməsi Kremlin də Cənubi Qafqazdakı təsirinin bitməsi deməkdir.
Bununla belə Rusiya Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi istiqamətində atılan addımları dəstəkləyirmiş kimi eyforiya da yaradır. Bu da təbiidir. Çünki Kreml anlayır ki, Ermənistan ilə Azərbaycan arasında sülhə mane olmaq hər iki ölkənin büsbütün Qərbə yönəlməsi ilə nəticələnə bilər.
Tez-tez işlətdiyim bir ifadə var: “Qərarlar Brüsseldə verilir, icrasını isə Kreml həyata keçirir”.
Brüssel görüşlərində sülh istiqamətində real addımlar atılır. 27 illik “danışıqlarla” müqayisədə Brüssel danışıqları daha konstruktivdir. Kreml qısa zamanda tərəflərin Brüsseldə sülh istiqamətində bu qədər irəliləyiş etməsini həzm edə bilmir. Buna görə də vaxtaşırı gərginlik yaradır.
İkincisi, Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən gərginliyin ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Rikerin regiona səfəri çərçivəsində baş verməsi diqqət çəkir.
Rikerin səfəri çərçivəsində gərginliyin artması, toqquşmaların baş verməsi Rusiyanın ABŞ və regionda marağı olan digər güclərə açıq mesajıdır. Yəni "regionda sülhə də, müharibəyə də qərarı mən verirəm". Kremlin Ermənistandakı təsirinin hərbi siyasi varlığını nəzərə alsaq, bunda təəccüblü heç nə yoxdur.
Üçüncüsü, hazırda Cənubi Qafqazda gərginliyin artması Kremlə Ukrayna müharibəsi baxımından da maraqlıdır. Son günlər Ukrayna ordusunun ardıcıl qələbələr qazandığını və Qərbin Ukraynaya dəstəyinin artığını nəzərə alsaq Rusiya dünya ictimaiyyətinin diqqətini bu regiondan yönəltməyə çalışır.
Nəticə etibarilə baş verən hadisələrin məsuliyyətini rəsmi olaraq Ermənistan daşısa da, Ermənistanı belə genişmiqyaslı təxribata sövq edən Rusiyadır. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyi yaydığı məlumatda bunları qeyd edib:
“Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq. Biz Ermənistan və Azərbaycan arasındakı bütün mübahisəli məsələlərin müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərinə gəldikdə isə ikitərəfli komissiyanın delimitasiyası üzrə işi çərçivəsində həll edilməli olduğu fikrini irəli sürməyə davam edirik”, - deyə qeyd olunub.
Nazirlik Rusiyanın vasitəçiliyi nəticəsində sentyabrın 13-ü 9:00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılaşmanın tam həcmdə həyata keçiriləcəyinə inandığını da bildirib.
Kremlin bu açıqlaması həm də bu mənaya gəlir ki, "mən olmasam Ermənistan və Azərbaycan daha genişmiqyaslı müharibə edər".
Turan RZAYEV
Politoloq
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb