12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Azərbaycan Ordusu istənilən təxribata cavab vermək gücündədir - Deputat
Tarix: 13-09-2022 18:36 | Bölmə: Slayd
Azərbaycan Ordusu istənilən təxribata cavab vermək gücündədir

“İşğalçı və məğlub Ermənistan dünyanın gözü qarşısında təxribatlar törədir, vəziyyəti gərginləşdirir, insan itkilərinə səbəb olur. Rəsmi İrəvan 30 il Azərbaycan torpaqlarını işğalda saxladı, bir milyona yaxın azərbaycanlını doğma yurd-yuvasından didərgin saldı, 30 minə yaxın soydaşımızın ölümünə, itkin düşməsinə səbəb oldu, Qarabağda və Şərqi Zəngəzurda bütün infrastrukturu dağıtdı, məhv etdi, amma dünya buna susdu. Azərbaycan sülh yaratmaq, dinc yaşamaq üçün cəhdlər etdi, amma Ermənistan BMT TŞ-nin 4 qətnaməsini qulaqardına vuraraq torpaqlarımızdan çıxmaq istəmədi, əksinə, işğalı davam etdirəcəyini açıq şəkildə bildirdi, yenə də dünya birliyi, beynəlxalq qurumlar görməzdən gəldilər. ATƏT-in Minsk qrupu isə daha biabırçı bir fəaliyyətə imza atdı, 28 il “turist səfərləri” ilə bir iş görmək istəmədiklərini hər addımda sübut etdilər. Və Azərbaycan sülh yolunun tükəndiyinə əmin olandan sonra torpaqlarını hərbi yolla azad etməyi qarşısına məqsəd qoydu və istəyinə çatdı. Kimsə, dünya birliyinin üzvü olan heç bir dövlət öz ərazilərində təmizləmə, işğaldan azadetmə əməliyyatları aparan Azərbaycana etiraz etmədi. Dünən gecə baş verən erməni təxribatı da İrəvanın xislətindən, işğalçı əməllərindən xəbər verir”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, Ermənistanın məqsədi sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Böyük Qayıdışını ləngitməkdir: “Amma Ermənistan məqsədinə nail ola bilməyəcək. Azərbaycan Silahlı Qüvvələri təxribatların qarışısını almağa qadirdir. Ordumuz keçirdiyi əməliyyatlarla “dəmir yumruq”un hələ də yerində olduğunu sübut etdi”.


A. Hüseynov

A. Hüseynov diqqətə çatdırıb ki, Ermənistan Azərbaycanın tərtib etdiyi qaydaları, yeni reallıqları pozmaq istəyində ola bilsə də, onu həyata keçirməq iqtidarında deyil:

“Azərbaycanın gücü, nüfuzu və mövqeyi həlledicidir. Brüssel görüşündən sonra baş verənlər bir daha Ermənistanın sülh müqaviləsindən yayınmağa çalışdığını göstərir. İrəvanda revanşist meyillərin daha da gücləndirməklə suyu bulandırmağa çalışır. Halbuki, avqustun 31-də keçirilən üçtərəfli görüşdə razılaşdırılan məsələlər Qafqazda sülhün əldə edilməsinə ümidləri artırmışdı. Həmin danışıqlardan sonra Azərbaycan humanizm nümayiş etdirərək 5 erməni hərbiçisini qarşı tərəfə təhvil vermişdi. Bu, Azərbaycanın Ermənistanla sülh yaratmaq istəyində olduğuna bir işarə idi. Amma Azəbaycanın humanist və sülhsevər mövqeyini Ermənistan rəhbərliyi başqa istiqamətə yönəltməyə cəhd etdi və yenidən təxribata əl atdı. Bu əməli ilə, Ermənistan sülhə deyil, qarşıdurmaya meylli olduğunu nümayiş etdirdi. Bu isə İrəvanın özü üçün ziyanlıdır. Çünki Azərbaycan Ordusu istənilən təxribata cavab vermək gücündədir”.




Bölməyə aid digər xəbərlər