12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rəsmi Bakı: "100-ə qədər erməni hərbçisinin cəsədini təhvil verməyə hazırıq"
Tarix: 14-09-2022 15:53 | Bölmə: Slayd
Rəsmi Bakı: "100-ə qədər erməni hərbçisinin cəsədini təhvil verməyə hazırıq"

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumat yayıb.

Dövlət Komissiyasından Reyting.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

Bildirilib ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.




Bölməyə aid digər xəbərlər