12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Cənubi Qafqaz yenidən qarşıdurma meydanına çevrilir - Professor
Tarix: 14-09-2022 19:03 | Bölmə: Slayd
Cənubi Qafqaz yenidən qarşıdurma meydanına çevrilir

“Regonumuzda mürəkkəb vəziyyət yaranıb. Hərbi istiqamətdə baş verənlərlə yanaşı siyasi-diplomtik gedişlərə də baxmaq lazımdır. Ermənilər beynəlxalq münasibəti bizə qarşı çevirmək istəyir. Bəli, indi rusların vəziyyəti o qədər də yaxşı deyil. Ermənilər də çalışır ki, Azərbaycanı Rusiyaya bağlasın. Ən pisi budur. Əlbəttə, Azərbaycan bu kimi davranışlara qarşı addım atmalıdır”.

Bunu Reyting.az-a professor Əli Abbasov deyib.

Ə. Abbasov bildirib ki, hərbi sahədə Azərbaycanın üstünlüyü açıq hiss edilir və bu, yaxşı haldır: “Üstümüzə gəlirlərsə, cavablarını almalıdırlar. Sadəcə, ermənilər hər yerdə bizə qarşı kampaniya aparırlar. Beynəlxalq aləmdə deyən yoxdur ki, niyə ermənilər gəlib ərazini minalayırdı, təxribar edirdi? Pisi budur. Odur ki, diqqətli olmaq lazımdır”.


Ə. Abbasov

Onun sözlərinə görə, hazırda baş verən qarşıdurmalar fonunda Brüssel sülh danışıqlarının arxa plana keçməsindən narahatdır və mümkün qədər tərəflərlə əlaqə saxlayırlar: “Brüssel elan edir ki, yüksək səviyyədə Azərbaycan və Ermənistanla danışıqlar aparılır. Azərbaycan da elan edir ki, sülh gündəliyinin tərəfdarıdır. Elə bu cür də deməlidir.

Bəli, qarşıdurmanı Ermənistan başlayıb. Onlar həm də qorxur ki, Ermənistan ərazilərini tutarıq. Amma təxribata əl atmaqdan da çəkinmirlər”.

Professor diqqətə çatdırıb ki, hərbi qarşıdurma öz yerində, siyasi vəziyyət də gərginləşib: “İndi rusların diqqəti Ukraynadadır. İnanmıram ki, hazırkı gərginliyi onlar yaratsın. Amma digər tərəfdən də, nə qədər imkanları var, buradan çıxmamağa çalışırlar. Azərbaycan və Ermənistanın Brüsseldə danışıqlar aparması da rusların xoşuna gəlmir. Bu səbədən də təxribat onların maraqlarına uyğun ola bilər. Çünki nəticədə sülh danışıqları pozulur. Bunlar ciddi məsələlərdir, amma bizim əlimizdə geniş informasiya yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər