12:36 / 14-06-2025
Sabah yağış yağacaq
DSX Ermənistanın təxribatları ilə bağlı açıqlama yayıb
Tarix: 15-09-2022 10:47 | Bölmə: Slayd
DSX Ermənistanın təxribatları ilə bağlı açıqlama yayıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanın son təxribatları ilə bağlı açıqlama yayıb.

Reyting.az
-ın xəbərinə görə, açıqlamada deyilir ki, sentyabrın 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib. Şəxsi heyət və hərbi texnika baxımından coxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdidinin qarşısının alınması zamanı Dövlət Səhəd Xidmətinin adları aşağıda qeyd olunan hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərmiş, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olublar:

kapitan Mehbalı Fərid Kəmaləddin oğlu;

baş gizir Məmmədov Azər Mustafa oğlu;

baş gizir Məmmədov Nahid Hüseynağa oğlu;

kiçik gizir Nəsirov Ülvü Əsədulla oğlu;

kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu;

kiçik gizir Babazadə Elşən Sahib oğlu;

baş çavuş Rəhimov Təbriz Rəhim oğlu;

baş çavuş Sadıxov Şəmistan Əbdülağa oğlu.

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.





Bölməyə aid digər xəbərlər