16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İranın ali dini lideri ölüm yatağındadır
Tarix: 17-09-2022 12:36 | Bölmə: Slayd
İranın ali dini lideri ölüm yatağındadır

İranın 83 yaşlı ali dini lideri Ayətullah Əli Xamnəi ötən həftə ağır xəstəlik keçirib və əməliyyat olunub.

Reyting.az
xəbər verir ki, bu barədə “New York Times” qəzeti İrandan olan mötəbər mənbələrə istinadla yazıb.

Məlumata görə, Xamnəi keçən həftə xəstələndikdən sonra bütün görüşlərini ləğv edib. İran siyasətinin ən yüksək fiquru olan və 1989-cu ildə (Hicri təqvimlə) Ruhullah Xomeyninin ölümündən sonra onun vəzifəsini tutan Xamnəinin vəziyyətinin ağır olduğu bildirilir.

İran lideri ötən həftə dəhşətli mədə şikayətlərindən sonra bağırsaq tıkanıklığı diaqnozu ilə əməliyyat edilib. Əməliyyatdan sonra da vəziyyəti ağır olan Xamnəinin daimi həkim nəzarətində olduğu, yataqdan qalxa bilmədiyi iddia olunur. Artıq həkimlər də narahat olmağa başlayıblar.

Qeyd edək ki, İranın ali lideri xarici əlaqələr, hərbi və nüvə sazişi kimi dünya gündəmində olan məsələlərdə ölkənin yekun qərarını verən şəxs hesab olunur.

Xamnəi iki həftə əvvəl Məşhəd şəhərində iştirak etdiyi dini tədbirdə deyib ki, bu, onun dini mərkəzə sonuncu səfəri ola bilər. Mənbələr qeyd edirlər ki, bu səfərdən sonra Tehrana qayıdarkən Xamnəinin səhhəti pisləşib.

Xamnəinin vəziyyəti İranda “dini lider ölüm döşəyindədir”,- iddialarına səbəb olsa da, dünən Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edən İran prezidenti İbrahim Rəisi bu iddiaları təkzib edib. Rəis belə bir halda Özbəkistana səfərini ləğv edəcəyini bildirsə də, İran liderinin vəziyyəti ilə bağlı təfərrüatlı məlumat verməyib.

Onu da qeyd edək ki, İran hakimiyyəti, 2014-cü ildə də prostat əməliyyatı keçirən Xamnəinin səhhəti ilə bağlı açıqlama vermək istəmir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}