Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum edib - Video
Tarix: 18-09-2022 19:52 | Bölmə: Slayd
Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum edib

Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin qarşısında erməni təxribatçıları tərəfindən "aksiya" təşkil olunub.

Reyting.az
xəbər verir ki, "aksiya" zamanı Səfirliyin binasına qarşı vandal aktı törədilib. Erməni radikallar Azərbaycan Səfirliyinin binasına yaxınlaşaraq binaya zərər verməyə çalışıblar.

Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev “Twitter” səhifəsində yazıb ki, fransız erməni fanatiklər səfirliyin binasına basqın edirlər:

“Fransadakı fanatik ermənilər Azərbaycanın Fransadakı səfirliyinin binasına hücum ediblər. Qoy barbar ermənilər Emmanuel Makronun tərəfində qalsınlar. Səfirlikləri qorumayan və bizim təhlükəsizliklə bağlı haqlı tələblərimizi qulaqardına vuran Fransaya ayıb olsun”.(APA)






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}