17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Deputat: “Ermənistan Polesi başda olmaqla, heç kimə arxalanmamalı, real siyasət yürütməlidir”
Tarix: 19-09-2022 15:21 | Bölmə: Slayd
Deputat: “Ermənistan Polesi başda olmaqla, heç kimə arxalanmamalı, real siyasət yürütməlidir”

“Ermənistanın yeganə xilas yolu qonşu ölkələrə olan ərazi iddialarına son verərək normal ölkəyə çevrilməsidir. Bu ölkə xüsusən Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmalıdır. Bu yolla həm düşdüyü blokadadan, həm də dərin iqtisadi böhrandan çıxa bilər. Eləcə də delimitasiya və demorkasiya prosesi getməli, kommunikasiya xətləri açılmalı, Zəngəzur dəhlizi işə düşməlidir. Həmçinin Azərbaycanla sülh sazişi imzalamalıdır. Əks halda Ermənistanın mövcudluğu suallar doğurur”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Asim Mollazadə regionda yaranmış durumu şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan indiki siyasətlə heç bir uğur əldə edə bilməz, əksinə bu, onu daha da böhrana sürükləyəcək.

A. Mollazadənin fikrincə, indi Ermənistanın müharibə aparmaq imkanı yoxdur: “Bu baxımdan Ermənistan Polesi başda olmaqla, heç kimə arxalanmamalı, real siyasət yürütmək haqqında düşünməlidir. Çünki bölgədə sabitlik və ticarət əlaqələrinin qurulması hamı üçün faydalıdır”.

A. Mollazadə Ermənistana səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri, ermənipərəst konqresmen Nensi Polesinin son bəyanatlarının Rusiya-Ermənistan münasibətlərnə təsirindən də danışıb: “Erməni xalqının tarixində bir müttəfiqi digərinə satmaq kimi hallar çox olub və bununla bağlı onlarla misal demək olar. Onlar bağlı olduğu imperiya zəifləyəndə, bu imperiyadan qaçaraq əks tərəfə keçirlər, özlərinə yeni ağa tapırlar. Belə nümunələr fars imperiyası, eləcə də Osmanlı İmperiyası dövründə də olub. İndi də Rusiya zəiflədiyi üçün ermənilər özlərinə yeni və daha güclü ağa axtarırlar. Əlbəttə, bunun Ermənistan-Rusiya münasibətlərinə hansısa təsirləri olacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}