16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dörd ölkə rusiyalı turistlərə qapısını bağlayıb
Tarix: 20-09-2022 13:42 | Bölmə: Slayd
Dörd ölkə rusiyalı turistlərə qapısını bağlayıb

Bir neçə istisnalarla, Rusiya vətəndaşlarının Qərb sərhədlərindən avtomobil yolu ilə Avropaya turist kimi daşınması qadağan olunub. Üç Baltikyanı respublika - Estoniya, Litva, Latviya və Polşa Ukrayna müharibəsi səbəbindən 19 sentyabr 2022-ci ildən etibarən Şengen vizası olsa belə, Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edib.

Reyting.az
xəbər verir ki, dörd ölkənin ruslara giriş qadağası Finlandiyanı Qərbə yeganə çıxış yolu kimi saxlayır, amma Finlandiya hökuməti Rusiya vətəndaşlarına asanlıqla viza vermir, prosedurları daha da çətinləşdirib. Üstəlik, Avropa İttifaqının da müəyyən maneələri mövcuddur.

Rusiya vətəndaşlarının səyahətinə məhdudiyyət qoyulması qərarı ilə əlaqədar 4 ölkənin hökumətləri adından birgə bəyanat yayılıb. “Sosial nizamımızı və təhlükəsizliyimizi nəzərə alaraq, Rusiya vətəndaşlarının ölkələrimizə turist kimi gəlməsini qadağan edirik. Yaxın vaxtlarda bütün Avropa Birliyi ölkələrinin Rusiya vətəndaşlarına qarşı oxşar addımlar atmasını gözləyirik”, - bəyanatda deyilir.



Rusiya vətəndaşları - bu ölkələrdə yaxın qohumları və iş icazələri varsa və yaxud təhsil üçün gəlsələr, bu dörd respublikanın ərazisinə xüsusi icazə ilə daxil ola biləcəklər. Bundan başqa, Rusiyadan qaçan rejim əleyhdarlarının da ölkəyə girişinə icazə veriləcək.

Qeyd edək ki, son 7 ayda Türkiyə Rusiyanın tranzit nöqtəsinə çevrilib. Üç Baltikyanı ölkə hava nəqliyyatını və Polşa quru sərhədlərini tam bağlamaqla Türkiyə ruslar üçün vazkeçilməz ölkəyə, İstanbul isə imtina edilməyəcək şəhərə çevriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}